Qusar İcra Hakimiyyəti şəhər yollarına bir milyona yaxın pul xərcləyəcək
Qusar Rayon İcra Hakimiyyəti başçısının aparatı şəhər yollarının əsaslı təmiri işlərinin satın alınması üçün açıq tender elan edib.
32gun.az xəbər verir ki, yerli icra hakimiyyəti yolların yenidən qurulması işlərinə külli miqdarda vəsait ayırmağı planlaşdırır. Dövlət satınalmaları portalında yer alan məlumata görə, bu təmir işləri üçün ehtimal olunan qiymət rəsmi olaraq 939 582,08 AZN müəyyən edilib.
Hazırda tender üzrə şirkətlərin təklifləri qəbul olunur və qalib gələcək podratçı şəhər daxili yolların əsaslı bərpasını həyata keçirəcək.
Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Polad oğlu Məmmədxanovdur









