Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                 

"Onsuz da nadir tapıntı olan bəraət hökmləri bəzən yuxarı instansiyalar tərəfindən ləğv olunur" - Cavad Cavadov
Tarix: 17-01-2026, 09:55 | Çap et

Bugünlərdə Azərbaycan vəkilləri özlərinin peşə bayramını qeyd edib. Sirr deyil ki, ölkəmizdə vəkillik institutunun inkişafı ilə bağlı bir sıra addımlar atılıb.

Bununla belə öz fəaliyyətində prinsipiallığı ilə seçilən vəkillərin cəzalandırılması kimi hallar da baş verib.

Gununsesi.info-nun əməkdaşı tanınmış vəkil Cavad Cavadovla vəkillik institutunun fəaliyyəti haqqında danışıb.

Cavad müəllim, Siz ölkədə tanınmış vəkillərdən birisiniz. Keçən ay vəkillərin peşə bayramı oldu. Bu bayramı hiss etdinizmi? Ötən illərə baxanda vəkilliyin nüfuzunu necə qiymətləndirirsiniz?

Bəli, bitən illərə nisbətən vəkillərin peşə bayramı hiss olunandır. Çosaylı təbriklər alırıq. Vəkilliyin nüfuzu artır. Vəkillərin iş şəraiti və digər məsələlərlə bağlı çox müsbət addımlar atılıb. Amma bütövlükdə vəkilliyin nüfuzu ölkədə ədalət mühakiməsinin nüfuzundan asılıdır.

Ədalət mühakiməsinin nüfuzunun ən real indikatorlarından biri ölkədə bəraət hökmləridir. Bizdə isə təəssüflər olsun ki, bu göstərici illərdir ki, ümumi hökmlərin 1–2 faizini belə aşmır. Bu da azmış kimi, artıq uzun illərdir ki, həbsqətimkan tədbiri məhkəmələrdə “default” praktikaya çevrilib.

Qanunda nəzərdə tutulan “girov” qətimkan tədbiri isə mənim bildiyim qədər 25 ildə cəmi bir dəfə tətbiq olunub, həmin qərarı da prokuror protesti əsasında Bakı Apellyasiya Məhkəməsi dərhal ləğv edib. Yəni sistemin “azadlıq lehinə” refleksi işləmir. Biz əsas problemi burada görürük.

Siz bəraət hökmlərini əsas indikator adlandırdınız. Bəraət niyə bu qədər azdır?

– Çünki sistemin içində illərlə formalaşmış bir məntiq var: cinayət işi başlanıbsa, sanki mütləq hökm də ittihamedici olmalıdır. Halbuki, normal hüquq sistemində cinayət mühakiməsinin məqsədi “mütləq məhkumetmə” deyil, həqiqətin tapılmasıdır. Əgər sübut çatmırsa, bəraət hökmü normal nəticə olmalıdır. Bizdə isə bəraət çox vaxt “istisna” kimi görünür və bu istisnanın üzərinə dərhal başqa mexanizm işə düşür: mübahisələndirmə.

Elə əsas sual da budur: Niyə bəraət hökmləri dövlət ittihamçısı tərəfindən kütləvi şəkildə, sona qədər mübahisələndirilir?

-Burada söhbət təkcə “qanuni hüquqdan istifadə”dən getmir. Bu, daha çox institusional refleks və korporativ məsuliyyət mexanizmidir.

Bəraət hökmü prokurorluq sistemində tək bir işin uduzulması kimi deyil, çox vaxt daha geniş mənada qəbul edilir: istintaqın, ittiham aktının, həbslə bağlı mövqenin, ümumiyyətlə “işin quruluşunun” sual altına düşməsi kimi. Və belə olanda prokuror üçün ən “təhlükəsiz” davranış çox vaxt budur ki, mübahisəni yuxarı instansiyaya daşımaqdan ibarətdir. Bu, həm hesabatlılıq psixologiyasıdır, həm də “biz sona qədər getdik” təsəvvürünün yaratdığı komfort zonası.

– Çoxsyalı məhkəmə proseslərində də açıq-aşkar ittiham sübuta yetirilmədiyi hallarını görmüşük. Amma bununla belə dövlət ittihamçısının ittihamdan imtinası baş vermir? Sizcə, bu niyə olmur?

– Çünki ittihamdan imtina etmək burada hüquqi addım olmaqdan daha çox “institusional etiraf” kimi görülür. Yəni sanki “biz səhv etmişik” deməkdir. Bu da sistem daxilində arzuolunan davranış sayılmır. Nəticədə, hətta işdə sübutlar dağılırsa belə, prokuror çox vaxt ittihamı “axıra qədər” daşıyır.

Üstəlik, unutmayaq: prokurorluq mərkəzləşmiş strukturdur və çox funksiyalıdır — istintaq, istintaqa nəzarət, dövlət ittihamı, qərarlardan protest… Bu qədər səlahiyyətin bir institutda cəmlənməsi istər-istəməz “korporativ maraq” yaradır. Bəraət hökmü həmin korporativ marağa zidd görünür və ona görə də “hər vəchlə” mübahisələndirilir.

Yuxarı instansiyaların prokuror protestinə və müdafiə şikayətinə fərqli yanaşdığını həqiqətən hiss olunandırmı?

-Mən müdafiəçi kimi praktikada bunu çox aydın görürəm. Prokuror protesti sistemdə daha “ağır çəkili” qəbul olunur, müdafiənin şikayəti isə bəzən formalizmin içində “əriyib gedir”. Təbii ki, hər iş fərqlidir, amma ümumi tendensiya protestin təmin olunmasına meyilliliyin güclü olduğunu göstərir.

Nəticə nə olur? Onsuz da nadir tapıntı olan bəraət hökmləri bəzən yuxarı instansiyalar tərəfindən ləğv olunur. Bu isə cəmiyyətə, hüquq ictimaiyyətinə və hətta birinci instansiya hakimlərinə çox təhlükəli mesaj verir ki, “bəraət çıxarsan, tək qalacaqsan”.

Bu vəziyyətin insanlara və hüquqi mühitə təsiri nədir?

-Ən ağır təsir hüquqi müəyyənliyin dağılmasıdır. Adam bəraət alır, amma rahat nəfəs ala bilmir — çünki bilir ki, mübarizə indi başlayır: apellyasiya, kassasiya, illərlə davam edən proses. Hüquqi sistem insanı “azad edəndə” də onu azad buraxmırsa, burada problem tək bir iş deyil — problem sistemin özündədir.

İkinci təsir isə məhkəmələrdə “azadlıq lehinə qərar” mədəniyyətinin sönməsidir. Həbsqətimkan tədbirinin normaya çevrilməsi də bunun ən acı göstəricilərindən biridir.

Çıxış yolu nədir? Sizcə nə dəyişməlidir?

– Məncə, iki istiqamət paralel getməlidir.

Birincisi, protestin avtomatizmə çevrilməsinin qarşısı alınmalıdır. Yəni hər bəraət hökmünə “mütləq protest” yox, konkret hüquqi əsas olmalıdır: ciddi prosessual pozuntu, maddi hüququn açıq səhv tətbiqi və s. Sadəcə “nəticə xoşumuza gəlmir” yanaşması olmamalıdır.

İkincisi, məhkəmələrdə azadlıq və günahsızlıq prezumpsiyası real işləməlidir. Bəraət hökmü sensasiya yox, normal nəticə kimi qarşılanmalıdır. Girov kimi alternativ qətimkan tədbirləri kağız üzərində yox, praktikada yaşamalıdır.

– Azərbaycanda azsaylı prinsipial, sevilən vəkillərdən birisiniz. Bugün ölkədə kifayyət qədər gənclər var ki, vəkilliyi seçib. Digər həmkarlarınıza nə arzu edərdiniz?

– Mən vəkillərə arzu edirəm ki, onların əməyinin dəyəri ədalətli məhkəmə praktikası ilə təsdiqlənsin. Vəkilliyin nüfuzu müstəqil məqsəd deyil — o, ədalət mühakiməsinin güzgüsü olmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
5-09-2026, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
5-09-2026, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
5-09-2026, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
5-09-2026, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
5-09-2026, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
5-09-2026, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
5-09-2026, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
5-09-2026, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
5-09-2026, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
5-09-2026, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
5-09-2026, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru