İranda fəaliyyətdə olan anti-Azərbaycan dairələri zaman-zaman tarixi, mədəniyyət və ədəbiyyat sahəsində olan tarixi şəxsiyyətlərimizə dil uzadırlar.
Tribuna.az xəbər verir ki, Nizami Gəncəvi və Məshəti Gəncəvini “İran şairi” kimi təqdim edən bu dəstə, indi də Babəki hədəfə alıblar.
Qeyd edək ki, Azərbaycan əleyhinə davamlı təbliğat aparan “Səhər” TV-də çıxış edən iranlı tarixçi Şəhram Cavadxani Azərbaycan qəhraəmanı olan Babək haqqında cəfəng fikirlər səsləndirib. O iddia edib ki, filmdə göstərilən və faktiki təbliğ edilən Babək “həqiqi” deyil. Onun sözlərinə görə, tarixi mənbələrdə Babəkin harada doğulması və digər məsələlərlə bağlı çoxlu məlumatlar var. “Babəki qəhrəman kimi sırıdılar. Əslində isə onun qəhrəman olmadığı tarixi mənbələrdə aydın yazılıb”.
Cavadxaninin belə bir qənaətə gəlməsinin konkret səbəbi əslində məlumdur. Fars şovnizmi heç bir şəkildə Azərbaycan və onun tarixi ilə bağlı məsələləri qəbul etmir. Bizim tarixi şəxsiyyətlərimizi daha çox öz adlarına çıxmağa çalışırlar. Babək məsələsi də bununla bağlıdır. Onlar Azərbaycan adı ilə savaşmış, ərəb istilasına qarşı döyüşmüş böyük şəxsiyyəti kiçiltməyə cəhd edirlər.
Nəzərə alaq ki, Babək Güney Azərbaycanda milli qəhrəman, azadlıq fədaisi kimi qəbul edilir. Elə bu səbəbdəndir ki, hər il onun ad günündə Kəleybərdəki Bəzz qalasına milli şəxslərin yürüşü keçirilir. Bu təbii ki, İrandakı molla rejiminin ürəyincə deyil. Çünki həm milli məsələ olaraq qəbul edilir, həm də Güney Azərbaycanda milli mübarizədə simvol olaraq alqılanır. Bunun qarşısını almaq üçün isə Babəkin gözdən salınması lazımdır. Həmin işi də fars şovnizminin çörəyini yeyən, sapı özümüzdən olan baltaları önə veriblər.









