Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib .....                     Tibb adına RƏZALƏT: Pasiyent ağrıdan qıvrılır... onlar isə... .....                     Putin İrana hucum olmayacağını necə bilib? .....                     Afindan Egeylə bağlı addım .....                     Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı .....                     Erməni iş adamı Samvel Karapetyan barəsində yenidən ev dustaqlığı qətimkan tədbiri seçilib .....                     "Bunu elə çox şişirtməyin" .....                     ExpressBank-da İŞLƏR FƏNADIR... .....                     İran Moskva və Pekinə ümid etsə də... .....                     Masazırda içməli su borusu bir ildən çoxdur ZƏDƏLƏNİB: Tonlarla su çölə axır .....                     "Məni toylar dolandırır" .....                     Bu MMC də Riskli vergi ödəyicisi kimi qeydiyyata alındı .....                     "Onsuz da nadir tapıntı olan bəraət hökmləri bəzən yuxarı instansiyalar tərəfindən ləğv olunur" .....                     Bunları avtomobilinizə qoyun .....                     Siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyindən rəsmi açıqlama .....                     Bakıda gölləri kimlər YOX edib? .....                     Rusiya Almaniyaya hücum edəcəkmi? .....                     Bakı və Tehran arasında YENİ DÖVR .....                     "Tayms Konsaltinq LTD"nin vergi borcu yarandı .....                     Taxt-tac oyunları"nın müəllifi 15 ildir əsərin davamı üzərində işləyir .....                     Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırıb .....                     ABŞ-nin Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı barədə .....                     “Qanlı gözlər” ayini .....                     BU NƏDİ BELƏ: Qərənfili də xaricdən alırıq... .....                     Siyəzən təhsilində baş verənlərə niyə GÖZ YUMULUR? .....                     Trampı geri addım atmağa nə məcbur etdi? .....                     258 saylı məktəbdə işçilərdən “haqq" yığılır? .....                     Tramp İranla bağlı Netanyahu ilə ikinci dəfə danışıb .....                     Piyada keçidi zibilxanaya çevrilib .....                     111 №-li məktəbin 1№-li problemi... .....                     “Kontakt Home”dan daha bir POZUNTU .....                     Bu təhsil idarəsində YEYİNTİ ŞÜBHƏSİ .....                     Rusiya və Ukrayna arasında atəşkəs elan edilib .....                     “Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” kimlərindir? .....                     “Yelo Bank”ın rəqəmlərlə dansı: Mənfəət əriyir, risk artır .....                     Moskva NATO-nun Baltik dənizindəki addımlarına sərt cavab verə bilər .....                     Hacı İbrahimin Xanlar Vəliyevə satdığı deyilən “Avesta Konserni” MMC-nin borcu 700 mini ötüb .....                     Suriya ordusu Deyr-Hafir şəhərini terrorçulardan təmizləməyə başlayıb .....                     Ağacları məhv edib gecə ilə "Çaydan" - Cafe Bisto adlı çayxana tikdilər .....                     Nəsimi İH-də “taxt-tac oyunları” bitmir .....                 

Müasirlərinin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”
Tarix: 7-12-2025, 14:19 | Çap et

XII əsrdə yaşamış Azərbaycan şairi Məhsəti Gəncəvi müasirləri arasında tanınmış bir müəllif olub. Xüsusilə yazdığı rübailərdəki fikirləri dövrün ab-havasını anlamaq baxımından olduqca əhəmiyyətlidir. Məhsəti Gəncəvi haqqında kifayət qədər tədqiqat aparılıb, istər ölkəmizdə, istərsə də xaricdə əsərləri haqqında fikirlər söylənilib. Hazırda onunla bağlı müzakirələr aparıldığı üçün mühacirətdə yaşamış azərbaycanlı ictimai-siyasi xadimlərin Məhsəti xanım haqqında nə düşündüklərini təqdim edirik.

Məhəmmədəmin Rəsulzadə 1951-ci ildə Ankarada nəşr etdirdiyi məşhur “Azərbaycan şairi Nizami” əsərində onun haqqında yazıb: “O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işıldaqların arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmişkən zəka və istedadı sayəsində zəmanənin ən ali təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti və söhbətdəki hazırcavablığı ilə Sultan Səncərin məclislərində iştirak etmişdir. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur”.

Məhsəti Gəncəvi haqqında mühacirətdə ayrıca məqalə qələmə alan şəxs isə geniş ədəbi-publisistik irsə malik olan Əbdülvahab Məhəmmədzadə (Yurdsevər)dir. Onun 1953-cü ildə Ankarada çıxan “Azərbaycan” dərgisində qələmə aldığı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***

Azərbaycan xalqının yetişdirdiyi məşhur qadın şairlərdən biri də Məhsəti (və ya Məhyəti) Gəncəvidir. O, təqribən 8 əsr əvvəl Səlcuqlu Sultan Səncər dövründə yaşayıb, deyilənlərə görə onun sarayında gözəlliyi, təbi-şeiri və nüktədanlığı ilə böyük şöhrət qazanıb. Adından da göründüyü kimi Məhsəti Azərbaycanın ikinci paytaxtı olan Gəncədə doğulub, orada da yaşayıb. Böyük Şirvan və Gəncə şairlərinin müasiri olub. Yoxsul bir ailənin övladı kimi dünyaya gəlib. Buna rəğmən zəkası, istedadı və şeiri ilə sənət və ədəbiyyat mühitinin nəzəri-diqqətini üzərinə çəkib. Azad fikirli idi, şeirlərində fərdin hürriyyətini tərənnüm edərdi:

O sərraf oğlunun aşiqiyəm mən,

Eyn, şin və qafa vurğunam qəlbən.

İnsanam, axır sin, nun, qaf deyiləm,

Nə istər o süzgün baxışlı məndən?

(Qeyd: Əski yazıda ayn, şin və qaf hərflərindən ibarət kəlmə “Eşq” kimi oxunmaqdadır. Yenə əski yazıda sin, nun, qafdan ibarət farsca “sanq” kəlməsi “daş” mənasındadır. Şair “daş deyil, insanam”, deyir).

Tabi-şeiri qəzəl və qəsidədən ziyadə rübaiyə təmayül göstərir və bu sahədə Ömər Xəyyamın izindən gedirdi. Zatən fikir etibarilə dahi Xəyyama çox bənzəməkdədir:

Bu dünya bir qızıl kuzəyə bənzər:

Suyu gah şirindir, gah da ki, zəhər.

Çox da öyünmə ki, uzundur ömrün,

Əcəl köhlənində hazırdır yəhər.

Məhsətinin bu rübaisi Xəyyama qarşı fikri-təmayülünü daha çox təbarüz etdirməkdədir:

Dün kaşi-kuzəmi daşlara çaldım

Sərxoşdum, bilmədim, əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki: mən də

Sənin kimi idim bu günə qaldım.

Və yaxud bu rübaisi:

Bir qəlp pulu bizdən almırlar, inan!

Süpürər hamını əcəl dünyadan.

Xərabatdan çıxıb dedi bir qoca:

"Şad yaşa, torpaqda çox yatacaqsan!".

Xəyyamvari digər bir rübaisində Məhsəti xanım belə deyir:

Dedim: məsləhət ver bizə, ey ürək!

Şirin meydən içək, acıdan içək?

Dedi: acıdan iç, yoxsa Şirinə

Vurğun deyilsən ki, sən də Fərhad tək!

Yenə başqa bir rübaisində belə demişdir:

Ey! Məcaz yoluyla bura sən gəlmə,

Xərabata bir iş görmədən gəlmə!

Başından keçənin yoludur bu yol,

Bu yolda can qurban vermədən gəlmə!

Şairin həssas rübailərindən biri də budur:

Yetməzmi, qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə!?

Demişdin; Gəncədə kamə yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!

Beləcə gördüyünüz kimi 12-ci əsrdə yaşamış Azərbaycanın qadın şairi Məhsəti gözəl Azərbaycan xalq türkcəsilə yazdığı (müəllif burada yanılır – D.Ə) duyğulu şeirlərində həyata eşqlə bağlanmağı, nəşə, zövq və sevinc təlqin etməkdədir. O, insan ağlının və ali bəşəri duyğuların heyranıdır. Həyatın dayanmadan irəlilədiyinə və getdikcə təkamül etdiyinə inanmaqdadır.

Eyni zamanda musiqişünas olan Məhsəti öz dövründə dərin iz qoyan bir şairimizdir. Onun təsirilə Əmir Əhməd, Mir Osman kimi dövrün tanınmış şairləri bir müddət qəzəl və qəsidəni tərk edərək rübai yazmağa başlamışdır. Parlaq həyatını və hikmətli sözlərini yaşatmaq üçün haqqında aşiqanə bir dastan vücuda gətirilmişdir. Təəssüf ki, Məhsəti xanımın istər həyatı, istərsə də yaradıcılığı hələ ki layiqincə tədqiq edilməyib. Halbuki ilk və ən qüdrətli qadın şairlərimizdən olması ilə çox əhəmiyyətli və diqqətəlayiq bir simadır. Ümid edirik ki, Azərbaycan ədəbiyyat tarixi ilə maraqlanan mütəxəssislərimiz bu mövzunu gələcəkdə daha çox aydınlatmağa müvəffəq olacaqlar.

“Azərbaycan” dərgisi, 18-ci say, sentyabr 1953

Teleqraf.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib
Bu gün, 12:25
Tibb adına RƏZALƏT: Pasiyent ağrıdan qıvrılır... onlar isə... - ETİRAZ VAR!
Bu gün, 12:23
Putin İrana hucum olmayacağını necə bilib? - İLGİNC
Bu gün, 12:13
Afindan Egeylə bağlı addım - Ankaraya görə müharibə səbəbi...
Bu gün, 10:45
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Bu gün, 10:42
Erməni iş adamı Samvel Karapetyan barəsində yenidən ev dustaqlığı qətimkan tədbiri seçilib - KİV
Bu gün, 10:38
"Bunu elə çox şişirtməyin" - deputat
Bu gün, 10:33
ExpressBank-da İŞLƏR FƏNADIR... - TƏFƏRRÜAT
Bu gün, 10:27
İran Moskva və Pekinə ümid etsə də... - İNCƏLƏMƏ...
Bu gün, 10:22
Masazırda içməli su borusu bir ildən çoxdur ZƏDƏLƏNİB: Tonlarla su çölə axır - VİDEO
Bu gün, 10:17
"Məni toylar dolandırır" - Əməkdar artist telekanallardan gileyləndi
Bu gün, 10:08
Bu MMC də Riskli vergi ödəyicisi kimi qeydiyyata alındı
Bu gün, 10:01
"Onsuz da nadir tapıntı olan bəraət hökmləri bəzən yuxarı instansiyalar tərəfindən ləğv olunur" - Cavad Cavadov
Bu gün, 09:55
Bunları avtomobilinizə qoyun - Əks halda cərimələnə bilərsiniz
Bu gün, 09:39
Siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyindən rəsmi açıqlama
Bu gün, 09:35
Bakıda gölləri kimlər YOX edib? - Məmurlara CƏZA çağırışı
Bu gün, 09:31
Rusiya Almaniyaya hücum edəcəkmi? - ŞƏRH
Bu gün, 09:29
Bakı və Tehran arasında YENİ DÖVR – “Vəliəhd” İrana qayıtsa...
Bu gün, 09:19
"Tayms Konsaltinq LTD"nin vergi borcu yarandı
Bu gün, 07:53
Taxt-tac oyunları"nın müəllifi 15 ildir əsərin davamı üzərində işləyir - KİV
Bu gün, 07:21
Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırıb
Bu gün, 07:18
ABŞ-nin Venesueladakı əməliyyatı zamanı ölənlərin sayı barədə rəsmi rəqəmlər açıqlanıb
Bu gün, 06:52
“Qanlı gözlər” ayini – Bu liderlər gizli təşkilatın üzvüdür?
Bu gün, 06:50
BU NƏDİ BELƏ: Qərənfili də xaricdən alırıq... - BELƏ HARA GEDİRİK?
Bu gün, 04:44
Siyəzən təhsilində baş verənlərə niyə GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 04:29
Trampı geri addım atmağa nə məcbur etdi? - ŞƏRH
Bu gün, 04:23
258 saylı məktəbdə işçilərdən “haqq" yığılır? - İDDİA+AÇIQLAMA
Bu gün, 03:57
Tramp İranla bağlı Netanyahu ilə ikinci dəfə danışıb - "Axios"
Bu gün, 03:51
Piyada keçidi zibilxanaya çevrilib - AAYDA şefi Saleh Məmmədov üçün FOTO - VİDEO
Bu gün, 03:25
111 №-li məktəbin 1№-li problemi... - NARAZILIQ VAR...
Bu gün, 03:22
“Kontakt Home”dan daha bir POZUNTU - Qanun necə tapdalanıb?
Bu gün, 03:14
Bu təhsil idarəsində YEYİNTİ ŞÜBHƏSİ - İTTİHAM
Bu gün, 03:12
Rusiya və Ukrayna arasında atəşkəs elan edilib - Zaporojye AES-lə bağlı
Bu gün, 03:04
“Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” kimlərindir? - İLGİNC
Bu gün, 03:02
“Yelo Bank”ın rəqəmlərlə dansı: Mənfəət əriyir, risk artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Moskva NATO-nun Baltik dənizindəki addımlarına sərt cavab verə bilər
Bu gün, 02:57
Hacı İbrahimin Xanlar Vəliyevə satdığı deyilən “Avesta Konserni” MMC-nin borcu 700 mini ötüb - FOTO
Bu gün, 02:54
Suriya ordusu Deyr-Hafir şəhərini terrorçulardan təmizləməyə başlayıb
Bu gün, 02:38
Ağacları məhv edib gecə ilə "Çaydan" - Cafe Bisto adlı çayxana tikdilər - QUDURĞANLIQ!
Bu gün, 02:36
Nəsimi İH-də “taxt-tac oyunları” bitmir – Gülarə Verdiyeva da əsas kreslonu itirdi?
Bu gün, 02:28
Saleh Məmmədovun qudası niyə vəzifədən çıxarıldı? – Maraqlı detallar
Bu gün, 02:25
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTO
Bu gün, 02:21
"Bu sahə üçün hüquq-mühafizə orqanlarının işi önəmlidir" - ÇAĞIRIŞ
Bu gün, 02:17
Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir? - Ekspert deyir ki...
Bu gün, 02:14
“Camaat Marsa uçur, bizimkilər avtobus problemini həll edə bilmirlər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:01
Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib - KİV
Bu gün, 01:58
Rusiyanın İran sursatına ehtiyacı qalmır, Şimali Koreya var - ARAŞDIRMA
Bu gün, 01:57
Bakını necə “xilas etmək” olar? - GƏLİŞMƏ
Bu gün, 01:55
“East Park” MTK sakinlərə “RACON KƏSİR” - NARAZILIQ VAR...
Bu gün, 01:53
Məhbusların qaytarılmasını sülh prosesinin nəticəsi saymaq olarmı? - AKTUAL
Bu gün, 01:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru