"Atamın vəziyyəti yaxşı deyil. Bir neçə gündür Milli Onkologiya Mərkəzinə köçürülüb".
Bu barədə Teleqraf-a əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib.
"Boğazındakı şişlər nəfəs borusunu sıxır və beyinə gedən arterial böyük damarı təzyiq altında saxlayır. Bu səbəbdən beynin yarımkürəsində qan sızmaları yaranıb. Hazırda reanimasiyadadır. Biz əməliyyat etdirmək istəyirik, amma həkimlər bu vəziyyətdə əməliyyat aparmağa risk etmirlər", - deyə Y. Muradov əlavə edib.








