İranın Hörmüzqan vilayətinin Bəndər Abbas məhkəməsi İsrailin xeyrinə casusluqda ittiham olunan Almaniya və Fransa vətəndaşlığı olan şəxsə bəraət verib.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin baş hakimi Müctəba Qəhrəmani məlumat verib.
“Prokurorluğun irəli sürdüyü ittihamlara baxmayaraq, məhkəmə iddia edilən cinayətlə bağlı hüquqi prinsipləri və şübhələri nəzərə alaraq, təqsirləndirilən şəxsə bəraət qazandırıb”, - o bildirib.
Hakimin sözlərinə görə, prokurorun hələ də məhkəmənin qərarından apellyasiya şikayəti vermək imkanı var.
Qeyd olunur ki, avropalı iyun ayında 12 günlük İran-İsrail müharibəsi zamanı İran hüquq-mühafizə orqanları tərəfindən İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb.











