Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                 

Paşinyan “xəyalpərvər Ermənistan” dövrünü bağlayır – Baş nazir Qarabağdan imtina mesajını verdi
Tarix: 6-10-2025, 17:39 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan İT mütəxəssisləri ilə görüşdə bir daha “xəyali vətən” ideyasını rədd edib. O, ölkəsinin gələcəyini “29 min 743 kvadrat kilometr ərazisi olan, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dinc, demokratik və hüquqi dövlət” kimi təsəvvür etdiyini bildirib.

“Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyacımız yoxdur. Vətən arzusunda olanda onu itiririk, amma artıq arzumuza çatdığımızı anlayanda sakitləşib diqqətimizi işimizə yönəltməliyik”, - deyə Paşinyan vurğulayıb.

Son illər baş nazir ardıcıl şəkildə “böyük Ermənistan” mifini rədd edir. Onun məqsədi cəmiyyəti utopik ideyalardan uzaqlaşdırmaq, reallığı qəbul etdirməkdir. Paşinyanın bu çıxışı texnologiya sahəsində çalışan gənclərə ünvanlanıb – o, “xəyalpərvər millətçilik” əvəzinə “modern dövlətçilik” düşüncəsini təşviq edib.

2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan Ordusunun qələbəsi erməni cəmiyyətini illərlə bəslənən xülyalardan ayıltdı. Paşinyan da indi anlayır ki, Ermənistanın gələcəyi məhz regional əməkdaşlıqdan və Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir.

Ermənistan XİN sözçüsü Ani Badalyan da Türkiyə ilə münasibətlərin normallaşmasında irəliləyiş olduğunu bildirib.

“Layihələr həyata keçiririk, məsələn, sərhəddəki körpünün təmiri. Ünsiyyətdən və münasibətlərin normallaşmasından, regionda sabitlikdən, sülhdən danışanda daha geniş mənzərə yaranır. Əlbəttə, bütün bunlar iki ölkə arasında münasibətlərin tam normallaşmasına yönəlib. Bizim gözləntimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanması Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək, bu isə sərhədlərin açılması deməkdir, çünki bu, çox vacibdir”, - Ani Badalyan vurğulayıb.

Beləliklə, Paşinyan reallığı qəbul edən, regionla əməkdaşlığa yönəlmiş “yeni Ermənistan” konsepsiyasını formalaşdırmağa çalışır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyan bu çıxışları ilə ermənilərə mesajlar verir:

“Nikol Paşinyan bu çağırışlarla ermənilərə dolayı yolla deyir ki, Qarabağı unudun, onun geri qaytarılması xülyası ilə yaşamayın. İndiki Ermənistan ərazisini qoruya bilsək, bu, ermənilər üçün böyük uğurdur. Digər tərəfdən isə baş nazir Azərbaycanla sülh danışıqlarına xələl yetirmək istəmir. Bu amilə də diqqət yetirək. Məsələn, AŞPA-dakı son çıxışında ona avropalı deputatlardan biri təxribatçı sual verib soruşdu ki, ermənilərin Qarabağa qayıdışını necə təmin edəcəksiniz? Paşinyan da cavab verdi ki, onların belə bir problemi yoxdur, əksinə, ermənilərin Qarabağa qayıdışının əleyhinədir. Həmin cavabdan ermənipərəst deputat da şoka düşmüşdü.

Paşinyan başa düşür ki, radikallar kimi desəydi ki, bəli, ermənilərin Qarabağa qayıdışını təmin edəcək, bunun üçün ona dəstək lazımdır, o zaman sülh danışıqlarına zərbə vurmuş olardı. Çünki Azərbaycanın şərti var: Qarabağ erməniləri bir şərtlə geri qayıda bilərlər – Azərbaycanın pasportunu daşımalıdırlar. Qanunlarımızı qəbul etməyən və pasportlarımızı daşımayan erməni Qarabağa qayıda bilməz. Yəni Paşinyan reallıqları alayır və bunu tədricən ermənilərə həzm etdirməyə çalışır ki, gələn il seçkidə qalib gəldikdən sonra konstitusiya dəyişikliklərinə gedəcək. Azərbaycana qarşı ərazi iddiası ehtiva edən bənd oradan çıxarılacaq. O, bunu ermənilərə fərqli dildə anladır. Qarabağın adını çəkmədən fikirlərini səsləndirir.

Paşinyan əslində xəstə erməni cəmiyyətini sağaltmağa çalışır. Əksi olsaydı, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyəti ona səs verməzdi. Tarixdə nadir hadisədir ki, müxalifətə məğlub olan siyasətçiyə cəmiyyət yenidən səs verir, onu baş nazir seçir. Bu o deməkdir ki, ermənilər başa düşür ki, Paşinyana alternativ radikallara səs versələr, bu, müharibə ehtimalını artıracaq və itki ilə üz-üzə qalacaqlar.

Susqun çoxluq Paşinyanın bu tezislərini qəbul edir və Qarabağ iddiasından artıq imtina etmiş kimi görünür”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Paşinyan İkinci Qarabağ müharibəsindən ciddi nəticə çıxarıb:

“Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır”dedi və bunun nəticəsi ilə üz-üzə qaldı. Azərbaycan ən ləyaqətli şəkildə işğalçı Ermənistana yerini göstərdi və başa saldı ki, reallıq nədən ibarətdir. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra bir ümid var idi ki, o, Azərbaycan-Ermənistan münasibətlərində fərqli mövqe sərgiləyəcək. Lakin o, hakimiyyətə gələndən sonra içib Şuşada yallı getdi və Qarabağın Ermənistana aid olduğunu bildirdi. Bu isə bizə əsas verdi ki, daha gözləmək lazım deyil və müharibə qaçılmazdır.

Beləliklə, vaxtı ilə yallı gedən Paşinyan olanlardan nəticə çıxardı. İşğalçılığın nə ilə nəticələndiyini gördü. Buna görə də erməni cəmiyyətinə xülyadan ayılıb yalançı erməni tarixindən real tarixə dönməyi təklif edir. Bunu sadəcə bir az diplomatik üsulla səsləndirir. Bundan sonra yanlış addımlar atmaqdan qorxur və bunun onun hakimiyyətinə baha başa gələcəyini bilir. Bu baxımdan o, konstitusiyaya dəyişikliklərlə bağlı fikirlər səsləndirir, Ermənistanın ərazisinin 29 min 743 kvadrat kilometr olduğunu bildirir. O anlayır ki, düşmənçiliyi davam etdirsə, Azərbaycan xalqı və dövləti tarixin bir az da dərinliyinə gedə bilər. Bu isə Ermənistana sərf etmir.

Onlar anlayır ki, bu, onlara sərf etməyəcək. Paşinyan reallığı erməni gəncliyinə bu və ya digər şəkildə çatdırmağa cəhd edir. Bu, hətta gecikmiş addımdır, o, 5 il bundan öncə erməni cəmiyyətini sülhə hazırlamalı idi”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru