Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                 

"Bugünkü toy mərasimlərinin Azərbaycan xalqına zərrə qədər aidiyyəti yoxdur" - Ekspert deyir ki...
Tarix: 6-10-2025, 17:12 | Çap et

Özbəkistan hökuməti toylara dəvət olunan qonaqların sayının 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib. Həmçinin əlavə xərclərə səbəb olan ritualların keçirilməsi də qadağan edilib.

Bəs Azərbaycandakı toylara hansısa məhdudiyyətlər tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Elçin Bayramlı bildirib ki, dəbdəbə göstərişivə bəhsəbəs davranış insanlara sosial-maddi cəhətdən zərər vurur: “Çox düzgün qərardır. Biz də 20 ildən çoxdur bunu təklif edirik. Çünki Azərbaycanda toy və yas mərasimləri həddindən artıq cızığından çıxıb, sifətini itirib. Bütün milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan eybəcər, hətta çox təəssüf ki, vəhşi bir mərasim formasına gəlib. Bu birbaşa mənəvi deqradasiyanın göstərcisidir. İstər yas yeri, istər toy olsun şouya çevrilib. Bu dəbdəbə, bəhsəbəs, insanlara sosial-maddi cəhətdən zərər vurur. İnsanları kreditə sələmə, borca salır. Belə mərasimlər heç bir fayda gətirmir. Təcrübə göstərir ki, biz maarifləndirmə yolu ilə cəmiyyətə izah edə bilmirik. Ümumiyyətlə, mən düşünürəm ki, bizim cəmiyyətdə heç bir sahədə, heç vaxt maarifləndirmə effekt verməyib. Bundan danışmağa belə dəyməz. Yalnız inzibati üsullarla, hüquqi tənzimləmələrlə, normativlər qoymaqla, bu məsələləri yoluna qoymaq olar. Açıq şəkildə Azərbaycanda Azərbaycanın milli-mənəvi dəyərlərinə terror gedir. Mədəniyyətimizə, məişətimizə, psixologiyamıza yad olan, tamamilə zidd olan zərər vuran, ünsürlər dəbə salınır. Bunu kimlər edir? Hansı qüvvələr edir? Bunu araşdırmaq xüsusi orqanların işidir. Biz vəziyyətin faciəvi olduğunu deyirik və tədbir görülməsini tələb edirik. Son vaxtlar müəyyən təzyiqlərlə bəzi rayonlarda ehsan süfrələrinə, yas məclislərinə qadağa qoyulub. Bir az abıra salıblar. Amma bunu bütün ölkə ərazisində tamamilə qəti şəkildə tələb qoyub tətbiq etmək lazımdır.

Mən dəfələrlə və 20 ildir fasiləsiz olaraq demişəm, yas məclislərində çaydan başqa heç nə verilməməlidir. Maksimum halva bişə bilər, uzaqdan gələn qonaqlar üçün ehsan kimi verilə bilər”.

“Bugünkü toy mərasimlərinin Azərbaycan xalqına zərrə qədər də aidiyyəti yoxdur. Tamamilə qeyri-mənəvi, qeyri-təbii qeyri-milli bir mərasimdir. Bu sadəcə dəhşətli bir israfçılıq, yad musiqilərin müşayiəti ilə, insanların hay-həşirinin müşayiətilə görməmişcəsinə yeyib-içmək, atılıb-düşmə mərasimidir. Bunu toy adlandırmaq olmaz. Azərbaycan tarixinə belə toyların aidiyyəti yoxdur. Azərbaycan toyu 20 ildir ölüb. Tək-tük hallarda kimsə normal toy edir. Əgər biz həqiqətən milli-mədəniyyətimizi, irsimizi, mənəvi dəyərlərimizi, qorumaq istəyiriksə, bu işə dövlət əl qoymalıdır. Dövlət necə ki, başqa ölkələrdə bunu edirlər birbaşa standartlar müəyyənləşdirməlidir. Normativlər, standartlar, konkret tələb qoyulmalıdır və bunu pozanlar çox ağır şəkildə cəzalanmalıdır. İndiki biabırçı mərasimlərdə spirtli içkilər içərək dava salmaqdan, bir-birinə sataşmaqdan, dəhşətli bir israfçılıqdan tutmuş heç nə ürəkaçan deyil. Stolların üstü 3 mərtəbə, 4 mərtəbə 70 cür ərzaqlarla doldurulur. Bu, dini cəhətdən də günahdır. Heç kim də onun 5 %-ni yeyə bilmir. Sonra da zibilliyə atılır. Nəticədə toylara yazılan pulun məbləği 100-200 manata qalxır. Təsəvvür edin ki, bir ölkədə minimum maaş 400 manatdır. Bir evə 1 ayda 3-4 dəvətnamə gəlir. Minimum toya 100 manat yazmalıdır. Bu ailə faktiki surətdə acından ölməlidir. Bu da ictimai-iqtisadi "terror"dur. Əxlaqi, sosial, mənəvi, mədəniyyətimizə qarşı bir hücumdur”-deyə Elçin Bayramlı qeyd edib.

Sosioloq vurğulayıb ki, jurnalistlər, media davamlı şəkildə bu məsələni gündəmə gətirməlidir, aktuallaşdırmalıdır: “Dövlət nəyi gözləyir? İndiyə kimi 50 dəfə bu barədə məlumat vermişik və yazmışıq ki, hansı ölkələrdə necə tənzimlənir, necə tədbirlər görülür? Bizdən başqa heç yerdə belə dəhşətli mərasim yoxdur. Buna birdəfəlik son qoyulmalıdır. Jurnalistlər, media davamlı şəkildə bu məsələni gündəmə gətirməlidir, aktuallaşdırmalıdır. Deputatların yaxasından yapışıb bu məsələləri qanuna salmağa, parlamentdə müzakirəyə çıxarmaq tələb olunmalıdır. Dövlətdən başqa bunun qarşısını alacaq qüvvə yoxdur. Mütləq şəkildə müdaxilə olunmalıdır. Hətta Qazaxıstanda, Özbəkistanda olanlardan da sərt şəkildə olmalıdır. Çünki onlarda vəziyyət bizdən normaldır. Bizdə daha sərt tədbirlər görülməlidir.

Toyun özü ilə bitmir. Toy karvanında maşın yarışı, yolu kəsib pul almaq kimi adətlər də var. İnsanları soğan qabığı kimi soyub çıxartmaqdan başqa heç nəyə yaramır. Bu, toy deyil.

Son getdiyim toylarda mən ümumiyyətlə, Azərbaycan musiqisi eşitmədim, hətta vağzalını belə ləğv ediblər. Toylarda Avropa musiqisi səslənir. Biri orda əcnəbiləri "bağırdır", biri müxtəlif ölkələrin mahnılarını qoşur. Bunun Azərbaycan xalqına nə aidiyyəti var? Dövlət bu məsələdə qərarlı olmalıdır. Əgər biz azərbaycanlıyıqsa və bizim milli-mənəvi dəyərlərimiz varsa, biz bunun qarşısını almalıyıq. Yoxdursa, desinlər ki, "Azərbaycan mədəniyyəti yoxdur". Rəsmi elan etsinlər, hamı da başa düşsün ki, vəziyyət belədir. Ya belə etməliyik, ya elə. Ona görə daimi şəkildə bu məsələ ortaya qoyulmalıdır, müzakirə olunmalıdır. Məsələ düzələnə qədər bunun üzərinə gedilməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru