
Bakı şəhərində yerləşən "Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Babək Rzayevə hökm oxunub.
"DİA-AZ" Qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə mühakimə olunan Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Babək Rzayevin Naxçıvan Muxtar Respublikasında müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almaqda təqsirləndirilirdi.
Babək Rzayev məhkəməyə ifadəsində özünü təqsirli bilməyib.