Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Tarix: 28-10-2024, 12:40 |
Çap et
Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib.
"Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur", - o, ölkənin 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir əlavə edib ki, əsaslı büdcə xərclərinin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.