Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Tarix: 26-10-2024, 13:59 |
Çap et
Tanınmış teleaparıcı Aysel Nazimqızı ailə həyatı qurub. Paytaxt restoranlarından birində baş tutan toya aparıcının yaxınları, televiziya əməkdaşları qatılıb.
Moderator.az-a açıqlama verən aparıcı sevincini bu sözlərlə bildirib.
“Çox xoşbəxtəm. Çünki sevdiyim insanla ailə həyatı qururam. Xoş günümə gələn hər kəsə təşəkkürümü bildirirəm. Ələxsus da televiziya əməkdaşlarına, qohumlarıma, dostlarıma” deyə o bildirib.
Qeyd edək ki, Aysel Nazimqızı Atv kanalında yayımlanan “Ləziz macəra” verilişinin aparıcısı olub. O hazırda Speys kanalında “Banu” verilişinə aparıcılıq edir.