Bununla bağlı ilgili qurum olaraq Göygöl rayon İcra Hakimiyyətindən "DİA-AZ"a münasibət açıqlanıb. RİH-in cavabında deyilir:
"Bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyi yaninda Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl regional mərkəzinin Toxum analizləri şöbəsinin müdiri vəzifəsində müqavilə əsasında çalışmış Hacıyev Əlaslan Yusif oğlu müqavilə müddəti bitdiyi üçün işinə 01.10.2024-cü il tarixindən xitam verilmişdir. Hacıyev Əlaslan Yusif oğlunun müharibə iştirakçısı və digər imtiyazları olmasını nəzərə alıb ixtisasına uyğun digər işlər təklif olunmuş, lakin Əlaslan Hacıyev həmin təklif olunan vəzifələrdən imtina etmişdir".