Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi .....                     “Bakı Mexanizasiya” ASC .....                     İdman ustasını qətlə yetirən azərbaycanlılara bağlı .....                     “SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” .....                     Bu hallarda işçinin iş yeri, peşəsi və orta əmək haqqı saxlanılır... .....                     “Teatr tənqidçilərinin səsi niyə çıxmır?” .....                     Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR .....                     "Mənim məsələm dəqiq deyil, amma..." .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Xaliq Faiqoğlu” MMC qaydaları pozdu VƏ... .....                     "Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq" .....                     Təxribatçı keşiş Xeyrimliyə gəldi .....                     "İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik" .....                     “Gəncə KOB evi” tikiləcək .....                     Zelenskinin 5 illik prezident səlahiyyəti başa çatıb .....                     Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv edəcək .....                     Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? .....                     Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb .....                     Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib .....                     Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? .....                     Xanım jurnalist vəzifəyə təyin olundu .....                     Qriqoryan Qətərə gedir .....                     ADNSU-nun Məzun Günü tədbiri .....                     “İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... .....                     Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil .....                     Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək .....                     Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır .....                     `Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... .....                     Vəfadan onu təhqir edən Türkana: .....                     Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini sınadılar .....                     Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir .....                     Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı .....                     Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu .....                     Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır .....                     Polis Ağcabədidə əməliyyatlar keçirib .....                     Milyonlar xaricə axır: BİZ İSƏ SEYR EDİRİK... .....                     Paşinyan Xameneiyə başsağlığı verdi .....                     Mərkəzi Bankda yeni təyinat .....                     Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? .....                     Lerik rayonunda polis zabiti qəfil vəfat edib .....                 

Nazirlər Kabinetindəki “yadplanetlilərə” müraciət – AXI NİYƏ?!
Tarix: 29-03-2024, 15:53 | Çap et
Nazirlər Kabinetindəki “yadplanetlilərə” müraciət
Adama elə gəlir ki, bu Nazirlər Kabinetində oturan bəziləri, sanki, Yer kürəsinə Aydan gəliblər və Azərbaycan reallığını ya anlamırlar, ya da insanları qəsdən narazı salmağa çalışırlar. Söhbət Nazirlər Kabinetinin taksilərlə bağlı son qərarından gedir. Qərarda deyilir ki, taksilər ağ və qırmızı rəngdə olsun, salonda kamera çəksin və s.

Amma əsas tələb buraxılış müddəti 15 ildən artıq maşınların reysə buraxılmamasıdır. Elə ən böyük əmma da burda çıxır. İndi mən çalışacam ki, vətəndaşların yerinə İctimai Fikir adı ilə Nazirlər Kabinetinə suallarımı ünvanlayım.

Salam, ay Nazirlər Kabineti! Qədim zamanlarda ölkəni idarə edənlər arada təğyiri-libas olur, camaat arasına çıxır, insanların real olaraq necə yaşadıqlarını öyrənir və buna uyğun da qərarlar verirdilər. Sən də elə et. Yəqin ki, heç zaman eləməmisən. Çünki, sən elə qərarlar verirsən ki, bilinmir, türklər demiş, sənin amacın nədir.

Taksilərlə bağlı verdiyin qərar ilk baxışdan ideal görünür: ölkənin taksi parkı yenilənir, ekologiyanın qeydinə qalırsan və s. Amma bu qərarı verəndə fikirləşmisənmi ki, nə qədər insanın çörəyinə bais olursan? Düşünmüsənmi ki, çörəksiz qoyduğun bu qədər insanın mənfi enerjisi yığılıb, haradasa sənin özünə problem yarada bilər? Hesab eləmirsənmi ki, “ac qılınca çapar” və sənin bu qərarınla gündəlik çörəksiz qalan insanlara görə ölkədə kriminal vəziyyət pisləşəcək?

Bilirəm, deyəcəksən ki, “elə həmin bu narazı insanlardır, özünü apara bilməyən taksi sürücülərindən, köhnə maşınlardan şikayət edən”. Bəli, insanlar narazıdır, amma sən bu narazılığı necə həll etdin? Keç güzgünün qabağına və mən sənə sənin bu istiqamətdə necə işlədiyini faktlarla isbat etdikcə, bax gör, gözün qızarırmı, üzündə səpkilər əmələ gəlirmi.

Ay Nazirlər Kabineti! Bir müddət əvvəl sürücülərin sertifikasiyası üçün xüsusi məktəb yaratmadınmı? Orada sürücülər gəldi və müəyyən pul ödəyəndən sonra etika-estetika, özünü cəmiyyətdə aparmaq qaydalarını öyrəndilər. Və onların sürdükləri maşınların çoxunun yaşı 15-i keçmişdi. Əgər indiki qərarı verəcəkdinsə, onda insanlardan əlavə pullar niyə yığılırdı? Hara getdi o pullar?

Yüzlərlə adam tanıyıram ki, işdən sonra hansısa taksi şirkətinə yazılıb, evinə çörək pulu aparır. Bəli, maşınlar təzələnməlidir. Amma bu proses tədricən olmalıdır. İnsanları bir gündə çörəksiz qoymaq olmaz axı!

Hanı sənin əvvəlcədən pulunu yığdığın utilizasiya proqramın? Axı, xaricdə bu proqramla köhnə maşınları yaxşı qiymətə vətəndaşdan alıb, ona uyğun şərtlərlə kreditlə yeni maşın verirlər ki, zülmə düşməsin. Yeni maşınını sürüb, həyatını davam edir. Bizdə isə ölkəyə maşın gətirəndə rəsmini xeyli aşan qeyri-rəsmi gömrük yığımlarından xəbərin olmamış olmaz. Üstəgəl “QAİ”-də qeydiyyat pulu, üstəgəl yol pulu, üstəgəl utilizasiya pulu, üstəgəl... nəfəs alma pulu. Bununla nəyə nail olmaq istəyirsən?

Maşınları abıra salmaq üçün, o adını üzərlərinə yapışdırmaq barədə qərar qəbul etdiyin AYNA ilə birgə, arada bir həqiqi aynaya baxın. Maşınların əksəriyyətinin köhnə, nasaz olduğunu iddia edirsənsə, onda bu maşınlar texniki baxışdan necə keçir? Yolda maşın nasazdır, tüstüləyir? Götür bas “ştrafnoya”. Qoy getsin düzəltdirsin. Daha əlindən niyə alırsan? Bu qədər insan cibinə uyğun maşın gətizdirib, əlavə çörək pulu qazanır.

Ümumiyyətlə, sən köhnə avtoparkın yenilənməsi üçün nə etmisən? İndi deyirsən ki, taksi fəaliyyəti üçün 15 ildən cavan maşın olmalıdır. Əgər kiminsə 13 illik maşını varsa, o, nə etməlidir? İki ildən sonra maşını satıb, yenisini almalıdır? Yenisi neçəyədir, bilirsən? Yoxsa salonlardan və bazardan xəbərin yoxdur? Yoxdur, canın sağ olsun, “turbo.az”-a gir bax...

Elə tələblərdə olan “avro-5” standartı ilə bağlı da oxşar sualı verə bilərəm: sənin buraxdığın Aİ-92 markalı benzinlə “avro-5” maşın necə işləyəcək? Yoxsa təklif edirsən ki, taksilər xaricdən aldığımız Aİ-95 töksünlər? Yəqin bilmirsən, amma məlumat üçün deyim ki, onun bir litri 2 manatdır. Bu qiymətə benzin tökən taksi ilə yol pulu da baha olacaq və kimin cibindən ödəniləcək? Bəli, düz tapdın, sənin guya ki, dərdini çəkdiyin, problemlərini həll etmək istədiyin, əslində isə rahat gedən işinə də barmaq elədiyin vətəndaşların – bizlərin...

Yəni, sözümün canı nədir, ay Nazirlər Kabineti! Bir gün pulgir bir həkim olur, pul verilmədən ölümcül xəstəyə də baxmır. Və elə gün gəlir ki, qəza baş verir. Cavan bir oğlanı gətirirlər xəstəxanaya. Həkimə deyirlər ki, hələ yiyəsi gəlməyib, amma gələcək, gəl ona bax, ölür. Həkim deyir ki, yiyəsi gəlməsə, əlimi də vuran deyiləm. Oğlan ölür və məlum olur ki, o, həmin bu həkimin öz oğlu imiş.

İndi taksilərlə bağlı bu qərarı verəndə fikirləş ki, işsiz qalan insanlar evdə balalarını yedirmək üçün əllərində bıçaq dar bir tində başqa insanlara hücum edəcəklər, soyacaqlar. İndi isə gözünü aç, qarşısında dayandığın aynada özünə yaxşıca bax aç və təsəvvür et ki, həmin tindən piyada keçən və soyğuna məruz qalan sənin oğlun, qızın və ya hansısa qohumundur...

P.S. Bu sualları iki gündür maşınlarında getdiyim sürücülərin söhbətləri əsasında formalaşdırmışam və Nazirlər Kabinetində oturanların aydan gələn “humanoidlər” olmadığını, reallıqları başa düşdüklərini sübuta yetirmələri üçün verilən qərarda yumşaldılmalar olmasını arzu edirəm. Ən azı həkimin oğlunun vəziyyətinə düşməmək üçün...

Müəllif: Yoldaş Mircəfər
ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi - “Hraparak”
Bu gün, 12:39
“Bakı Mexanizasiya” ASC LƏĞV OLUNUR
Bu gün, 12:36
İdman ustasını qətlə yetirən azərbaycanlılara bağlı YENİ QƏRAR
Bu gün, 12:32
“SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” - Ədalət Verdiyevdən SƏRT REAKSİYA
Bu gün, 12:28
Bu hallarda işçinin iş yeri, peşəsi və orta əmək haqqı saxlanılır... - Ekspert danışır...
Bu gün, 12:25
“Teatr tənqidçilərinin səsi niyə çıxmır?” - VİDEO
Bu gün, 12:18
Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?
Bu gün, 12:15
"Mənim məsələm dəqiq deyil, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 12:14
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:03
"Xaliq Faiqoğlu” MMC qaydaları pozdu VƏ...
Bu gün, 12:01
"Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq" - deputat
Bu gün, 11:52
Təxribatçı keşiş Xeyrimliyə gəldi - FOTO
Bu gün, 11:46
"İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik" - deputat
Bu gün, 11:42
“Gəncə KOB evi” tikiləcək - 2 milyon manata
Bu gün, 11:37
Zelenskinin 5 illik prezident səlahiyyəti başa çatıb
Bu gün, 11:35
Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv edəcək
Bu gün, 11:33
Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:24
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb - Ermənistan KİV
Bu gün, 11:21
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
Bu gün, 11:14
Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR...
Bu gün, 11:12
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
Bu gün, 11:03
Qriqoryan Qətərə gedir
Bu gün, 10:59
ADNSU-nun Məzun Günü tədbiri 256 500 manata başa gələcək
Bu gün, 10:57
“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:56
Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil - GƏLİŞMƏ
Bu gün, 10:50
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək - ƏMR
Bu gün, 10:48
Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR...
Bu gün, 10:44
Vəfadan onu təhqir edən Türkana: - ““TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
Bu gün, 10:26
Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini sınadılar - FOTO
Bu gün, 10:21
Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir - ETİRAZ VAR...
Bu gün, 10:20
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO
Bu gün, 10:06
Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu - FOTO
Bu gün, 10:04
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır
Bu gün, 10:02
Polis Ağcabədidə əməliyyatlar keçirib
Bu gün, 10:00
Milyonlar xaricə axır: BİZ İSƏ SEYR EDİRİK... - AXI NİYƏ?
Bu gün, 09:59
Paşinyan Xameneiyə başsağlığı verdi
Bu gün, 09:51
Mərkəzi Bankda yeni təyinat - FOTO, DOSYE
Bu gün, 09:49
Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."
Bu gün, 09:47
Lerik rayonunda polis zabiti qəfil vəfat edib
Bu gün, 09:38
Avropa siyasətinin üfüqündəki Ermənistan... - ORDA BELƏ YERİ YOXDUR...
Bu gün, 09:37
Direktor haqqında paylaşımlar edən katibə yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:20
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
Bu gün, 09:14
Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR
Bu gün, 09:05
"Zeytun Pharmaceuticals” MMC - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 08:59
"Mənim ona nəsə deməyim ayıb olar"
Bu gün, 08:58
Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:52
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
Bu gün, 08:49
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bu gün, 08:44
“Şərurlu İsfəndiyar”: “Həbs edilməmişəm” - QAZİLƏRİ OYUNA SALIBLAR
Bu gün, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru