Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA .....                     İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub .....                     Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib .....                     İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib .....                     Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı .....                     "Makron ikili oynayır" .....                     “Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                 

Kənd əhalisi sürətlə şəhərə axın edir: - Qarşısı necə alınmalıdır?
Tarix: 28-03-2024, 13:15 | Çap et
Kənd əhalisi sürətlə şəhərə axın edir:
Pərviz Heydərov - OXU.AZ


Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı şəkildə inkişafı əhalinin sosial rifah halının normal təmini üçün əsas şərtdir. Bu, iqtisadi siyasəti sosialyönümlü xarakter daşıyan bütün ölkələr üçün diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Məlumat üçün qeyd edim ki, ötən il ölkəmizin əhalisinin sayı 53 min 625 nəfər və ya 0,5% artaraq bu ilin yanvarın əvvəlinə 10 milyon 180 min 770 nəfər olub. Bunun 54,5%-ni şəhərdə, 45,5%-ni isə kənddə yaşayanlar təşkil edib.

Göründüyü kimi şəhər əhalisi üstünlük təşkil edir. Ümumiyyətlə, əvvəldən də şəhərdə yaşayanlarımızın sayı çoxluq təşkil edib. Bu da təbiidir. Ona görə ki, şəhərdə olan şərait və imkanlar potensialı bölgələrdə yoxdur və ola da bilməz. Şəhər, məhz ona görə kənddən və rayondan seçilir ki, iş yeri tapmaq, təhsil almaq, səhiyyə xidmətindən istifadə etmək və sair baxımından, üstün mövqeyə sahibdir. Bu, dünyanın hər yerində belədir.

Lakin, şəhəri “qidalandıran” və “yaşadan” isə bölgələr, kəndlərdir. Şəhərin inkişafı rayonlarda və kəndlərdə yaşayış imkanlarını genişləndirməli, durmadan yaxşılaşdırmalıdır. Əks təqdirdə, şəhərlərin özünün inkişafı mümkün deyil.

Ümumiyyətlə, urbanizasiya müəyyən aspektdə keyfiyyət göstəricisi olsa da, onun çərçivədən kənara çıxması heç bir yerdə müsbət hal sayılmır. Ölkəmizdə hələ sovet dövründə də urbanizasiya yüksək idi, müstəqillik əldə etdikdən sonra isə həm iqtisadi və sosial amillər nöqteyi-nəzərindən, həm də müharibə səbəbindən bu, daha ifrat səviyyəyə çatdı. Yəni ki, bu, qaçılmaz bir proses sayıldı. Üstəgəl, müharibə amili də buna əlavə təkan verdi.

Ancaq dövlətimiz və hökumətimiz son 20 ilin ərzində sözügedən prosesin qarşısını almaqdan ötrü çox işlər görüb və böyük addımlar atıb. Hazırda da bu istiqamətdə müsbət işlər görülür. Regionların və bölgələrimizin inkişafı ilə bağlı ayrıca Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) qəbul edilib, ən müasir infrastrukturun yaranması üçün çoxlu vəsaitlər xərclənib, hətta ən ucqar bölgəmizdə belə abadlıq məsələlərinə ciddi diqqət yetirilir.

Nəticədə sovet dövrü ilə müqayisədə kənd və rayon yerlərimizdə yaşayış imkanları və sosial-iqtisadi şərait demək olar ki, tam olaraq şəhər səviyyəsinə çatıb, ən ucqar kəndlərimiz belə, elektrik enerjisi ilə təmin edilib, təbii qazla da təchiz olunub.

Ümumiyyətlə, 2004-cü ildən bəri regionlarımızda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, potensial artıb, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb və əhalinin rifahının yüksəlməsi üçün geniş imkanlar yaranıb.

Bununla belə, yenə kənddən şəhərə axın var və bunu güclü axın da adlandıra bilərik. Hesab edirəm ki, bu axının əsas səbəblərindən biri məşğulluq problemi, keyfiyyətli təhsil əldə etmək, müvafiq səhiyyə xidmətlərindən yararlanmaqdır. Çünki müasir infrastrukturun yaradılması hər şeyi həll etmir. Müvafiq kadrlar da yetişməlidir. Ən böyük problemlərdən biri isə aqrar sahənin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin istənilən tələblərə uyğun gəlməməsindədir.

Məsələ bundadır ki, rayon və kənd sakinlərini yaşadıqları məkana torpaq amili bağlamalı olsa da, bizdə belə deyil. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq istəyən yoxdur. Bunun da ən başlıca səbəbləri subyektiv amillərdədir. Bura daxildir, bazarlara çıxış imkanlarının məhdud olması, inhisarçılıq və sair...

Aqrar sahənin il ərzində istehsal etdiyimiz ÜDM-də həcmi heç 10% təşkil etmir. Halbuki, ən azı 10%-dən yuxarı olmalıdır. Bölgələrimizdə aqrar məhsulların emalı üzrə fəaliyyət göstərən zavod və fabriklərimizin kənd təsərrüfatı məhsulları istehsalçıları və tədarükçüləri ilə birbaşa əlaqəsi yoxdur. O səbəbdən də, gənc işçi qüvvəsi günü 15-20 manata şəhərdə tikintidə işləməyə üz tutur. Bakı şəhərinə gələrək taksi fəaliyyəti göstərir və sair... Yəni, əkin-biçinə maraq qalmır.

Odur ki, əsas səbəbi aqrar sektorun inkişafında, torpağa bir istehsal vasitəsi kimi yanaşılmamaqda görmək lazımdır. Düzdür, regionlarda aqrar sahənin inkişafı üçün addımlar atılır, yeni-yeni sənaye məhəllələri, aqroparklar, emal müəssisələri yaradılır, sahibkarlığın inkişafına təkan verilir. Ancaq bunlar da kifayət etmir.

İşğaldan azad olunan ərazilərimizdə görülən işlər, məskunlaşma üçün müvafiq şəraitin yaranması məqsədilə həyata keçirilən tədbirlər bu baxımdan daha effektli hesab edilir. Və bu işlərin o biri bölgələrimizdə də urbanizasiya prosesinin geri dönüşlə əvəzlənməsinə səmərə verəcəyi aydın görünür.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, yüksək sosial rifah həmişə sənayedən çox məhz aqrar sahəyə, yəni torpağa bağlıdır. Torpağa maraq yaratmaq üçün isə iqtisadi baxımdan stimulverici şərait yaratmaqla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə yüksək ixtisaslı və peşəkar kadrların həm də bölgələrdə də çalışmasına və onların çoxluq təşkil etməsinə nail olmaq lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
Bu gün, 07:57
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub - AÇIQLAMA
Bu gün, 07:51
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
Bu gün, 06:52
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib
Bu gün, 06:50
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18-05-2024, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18-05-2024, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
18-05-2024, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
18-05-2024, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
18-05-2024, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru