Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA .....                     İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub .....                     Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib .....                     İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib .....                     Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı .....                     "Makron ikili oynayır" .....                     “Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                 

“Ermənistanın Azərbaycanın tələbini yerinə yetirməkdən ayrı yolu yoxdur” - deputat
Tarix: 28-03-2024, 10:33 | Çap et
“Ermənistanın Azərbaycanın tələbini yerinə yetirməkdən ayrı yolu yoxdur”
Ötən ilin sentyabrında Azərbaycanın separatçı rejimə qarşı Xankəndidə və ətraf ərazilərdə keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistanda bir çoxları başa düşdü ki, Bakı qarşısına qoyduğu bütün hədəflərə, haqlı tələblərinə nail olacaq. Bu gün də heç kim şübhə etmir ki, əgər ermənilər bu tələbləri könüllü yerinə yetirməslər, “Dəmir Yumruq” yenə işə düşəcək.

Son ayların əsas müzakirələrindən biri də hələ də Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərinin təhvil verilməsi ilə bağlıdır. Azərbaycan qəti tələbini səsləndirib və indi növbə Ermənistanındır. Hazırda belə bir görüntü var: Nikol Paşinyan həmin kəndlərdəki ermənilərə anlatmağa çalışır ki, əgər bu əraziləri könüllü boşaltmasalar, Azərbaycan hərbçiləri hərəkətə keçəcək. Əslində bu, Ermənistan rəhbərliyinin özünün açıqladığı mövqedir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd Tavuş rayonuna səfəri və yerli sakinlərlə görüşü zamanı yeni müharibənin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. “Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma axı siz hər şeyi bilirdiniz", - deyə baş nazir bildirib. Paşinyan deyib ki, Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir: “Buna görə sərhədləri düzəltmək lazımdır. Tavuş rayonunda Baqanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.

Bundan əlavə, N.Paşinyan hakimiyyətin Tavuşda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını bildirib.

Bu yöndə Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada “Vətəndaş paktı” fraksiyasının deputatları ilə də qapalı görüşü olub və görüş geniş tərkibdə keçirilib.

Deputat Lilit Minasyan bildirib ki, hazırda sərhəd delimitasiyası komissiyaları Tavuş bölgəsindəki ərazilərin (Azərbaycanın işğal altındakı kəndləri-E.P.) qaytarılması prosesinin necə baş verəcəyi ilə bağlı sənədlər mübadiləsi aparır. Paşinyanın onlarla görüşdə kəndlərin konkret qaytarılma tarixi barədə danışıb-danışmadığını soruşan jurnalistə cavab olaraq bildirib ki, heç bir tarix açıqlanmayıb. “Paşinyan fraksiya ilə görüşdə vaxtlarının az olduğunu deyibmi”, sualına deputat belə cavab verib: “Mən bu ifadəni həqiqətən xatırlamıram, amma mən özüm bu sahəni araşdırıram və hansı tektonik hərəkətlərin baş verdiyinə baxıram. Mən də hesab edirəm ki, bizim illərimiz var və biz müəyyən illər ərzində bu problemi həll edə biləcəyik”. 3-cü Ordu Korpusunun bu ərazilərdən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı suala gəldikdə, Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur: “Hər hansı hərəkətlərin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”.

Qeyd edək ki, İrəvandakı qapalı müzakirələrdə hökumətin demək olar ki, bütün üzvləri, o cümlədən güc strukturlarının rəhbərliyi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan iştirak edib. İki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib. Əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin, daha doğrusu, növbəti seriyasının müzakirəsi ilə bağlı olmalı idi, amma Tavuşun dörd yaşayış məntəqəsinin gündəmə gəlməsi ilə həm birinci, həm də ikinci məsələlər müzakirə edilib. Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda, Azərbaycan müharibə ilə qalib gələcək. Bəzi deputatlar bildiriblər ki, kəndləri bu yolla yox, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Paşinyan bildirib ki, o, belə yolu istəmir, çünki Azərbaycan nəinki hərbi yolla mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar. Paşinyan müxtəsər olaraq deyib ki, qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. Əlbəttə, başqa variant yoxdur.

Qeyd edək ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir. Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Əslində N.Paşinyanın təlaşa düşməsinin səbəbi Bakıdan aldığı xəbərdarlıqdır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində kəndlərin qaytarılmasının alternativinin olmadığını bir daha nəzərə çatdırmışdı. Sitat: “O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir - orada (Qazağın kəndləri nəzərdə tutulur - "YM".), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır - Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir - bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir”.

Kifayət qədər aydın şəkildə mövqe bildirilib. Sadəcə, dövlət başçısı mərhələli yol təklif edib, kəndlər 4+4 prinsipi ilə qaytarılmalıdır, vəssalam! Beləliklə, Azərbaycan Prezidentinin 10 yanvar xəbərdarlığı Ermənistan hakimiyyətinin qulağında “sırğa”dır. İlham Əliyevin heç bir sözü səbəbsiz demədiyini ermənilər də yaxşı anlayır, xüsusilə Paşinyan. Odur ki, Paşinyanın həyəcanlı şəkildə “müharibə anonsu” ilə çıxış etməsinin səbəbi aydın olur.

Bəs 4 kənd qaytarılarsa, sərhədlərin delimitasiyası bütövlükdə baş tuta bilərmi? Belə olan halda Qazağın digər 3 kəndinin və Sədərək rayonunun Kərki kəndinin taleyi necə olacaq? Biz onun da şahidi olmuşuq ki, hansısa proseslər zamanı ermənilər sərhəddə təxribat törədir və planları pozurlar. Əgər bu dəfə də təxribat törətsələr, Azərbaycan qarşılığında hansı addımları ata bilər? Elə ilk həmlədə ordumuz 4 kəndi özü boşalda bilərmi?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın hazırda işğal altında olan kəndlərinin sayı 4 yox, 8-dir: “Ermənistan rəhbərliyinin 4 kəndin qaytarılması ilə bağlı açıqlamalarına bizdə rəsmi səviyyədə hər hansı bir reaksiyanın olmamasından anladığım budur ki, burada söhbət mərhələli qaytarmaqdan gedir. Yəni öncə 4 kənd, ardından da daha 4 kənd qaytarılacaq, yaxud da mümkündür ki, eksklavlarla bağlı qarşılıqlı razılıq əsasında başqa addımlar atılacaq”.

S.Alıyev qeyd etdi ki, burada onu da qeyd edim ki, Ermənistan tərəfin həmən kəndlərin qaytarılmasını birtərəfli güzəşt kimi təqdim etmələri absurddur: “Anlamaq olmur ki, onlar güzəşt deyəndə nəyi nəzərdə tuturlar. Başqasının torpağını məcburiyyət qarşısında geri qaytarmaq nə vaxtdan güzəşt sayılır?” Təxribata gəldikdə, deputat bildirdi ki, son verilən dərsdən sonra əgər havadarları həvəsləndirməsə, qarşı tərəfin buna gedəcəyinə inanmır: “Havadarları isə görürük ki, ikili oyun aparırlar. Bir tərəfdən Paşinyana Azərbaycanın işğal altındakı kəndlərini qaytarmağa hazır olduğu dedirtdirilir. Xatırladım ki, bu haqda bəyanatlar məhz ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona sonuncu səfərindən sonra verildi. Digər tərəfdən isə Ermənistanı revanşizmə sürükləyən addımlar atır və regionda ayrıcı xəttlər çəkməyi planlaşdırırlar ki, ABŞ-la Avropa Birliyinin aprelin 5-də Brüsseldə keçirəcəkləri Ermənistana dəstək konfransının arxasında məhz belə bir niyyət durur. Həmin konfransda Avropa Sülh Fondunun Ermənistanın silahlandırılmasına maliyyə dəstəyi ayrılması haqda razılığın əldə olunacağı da gözlənilir ki, bu da sülhə xidmət məqsədilə edilmir. Maraqlıdır deyilmi? Azərbaycan torpaqları işğal altında olanda regionun inklüzivliyindən dəm vuranlar indi ayırıcı xətlər çəkməyə başlayıblar. Amma hay havadarları nə planlaşdır-planlaşdrsın, mən cənab İlham Əliyevin 8 kəndimizin hələ də işğal altında saxlanmasının "dözülməz" olduğunu bildirməsinə dayanaraq bunu deyə bilərəm ki, Ermənistanın Azərbaycanın onlarla bağlı tələbini yerinə yetirməkdən ayrı yolu yoxdur".

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda revanşistlər və keçmiş Qarabağ klanına mənsub olanlar anklav olmayan kəndlərin qaytarılmasına müqavimət göstərirlər: “Məhz polis idarəsinə silahlı hücum edənlər, terror törədənlər 90-cı illərin tör-töküntüləridir. Paşinyan onları zərərsizləşdirmək istiqamətində işlər aparır. Bu qüvvələr Köcəryan və Sarkisyana yaxındır. Həmçinin keçmiş müdafiə naziri Seyran Ohanyan ordunu hökumətə tabe olmamağa çağırıb. Göründüyü kimi, daxildə Nikol Paşinyana qarşı müəyyən təzyiqlər var. Məhz "Mülki Müqavilə" fraksiyasının deputatları müharibə yolu ilə kəndlərin qaytarılmasını təklif edib. Amma Paşinyan reallıqları bilir. Çünki silahlı hücum birbaşa digər kəndlərin, anklavların qaytarılması ilə nəticələnər. Həmçinin hərbi məğlubiyyət Paşinyan üçün mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də Nikol Paşinyan bunun əleyhinədir". M.Əsədullazadə hesab edir ki, Paşinyan daxili təzyiqləri neytrallaşdıracaq və dörd kənd Azərbaycana veriləcək: "Bundan sonra delimitasiya və demarkasiya başlayacaq. Digər anklav kəndlər, xüsusilə Kərki kəndi ilə bağlı məsələlərə gəldikdə, fikrimcə, Ermənistan bununla bağlı kompensasiya ödəməlidir. Məsələ danışıqlar yolu ilə həll edilməlidir. Yaxud Zəngəzur istiqamətindəki ərazilər Azərbaycanla mübadilə olunmalıdır". Ekspert hesab edir ki, Azərbaycana məxsus anklav kəndlər güzəşt edilə bilməz: “Ermənistan mütləq sərhəddə onların yerinə Azərbaycana kəndlər verməlidir. Azərbaycan istədiyi vaxt dörd kəndə girə bilər. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir. Ona görə də Paşinyan bu kəndləri geri verəcək”.

N.Paşinyan Tavuş sakinləri ilə görüşə əlinə Ermənistanın xəritəsinin maketini alaraq getmişdi, yəni “bizim ərazimizdən kənar kəndlər bizim deyil”, mesajı vermişdi. Üstəlik, masanın üstündə “qum saatları” var idi... “Saat” işə salınıb...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
Bu gün, 07:57
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub - AÇIQLAMA
Bu gün, 07:51
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
Bu gün, 06:52
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib
Bu gün, 06:50
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18-05-2024, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18-05-2024, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
18-05-2024, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
18-05-2024, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
18-05-2024, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru