İrandakı qəzanın təhqiqatına Rusiya da qoşulacaqmı? .....                     Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı .....                     Azərbaycan toylarında İSRAFÇILIQ: .....                     Bu söz-söhbət uzun müddət KƏSİLƏSİ DEYİL... .....                     Sosial mediada yayılan DƏLƏDUZLUQ .....                     Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb .....                     44 günlük savaşdan 4 il keçsə də... .....                     Hindistandan dəhliz açıqlaması .....                     20 qadın, 95 kişi üzvü olan parlament: 10 yer isə boşdur .....                     Naziri kimlər aldadıb? .....                     1,5 milyonluq “Sumqayıt Polimer”in mənfəət və zərəri müzakirə olunacaq .....                     İki şairi dahi sayıram .....                     "İşdən öz ərizəmlə çıxmışam" .....                     İranın İKİ SEÇİMİ VAR... .....                     İran seçkiyə GEDİR... .....                     Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi .....                     “Bakı Mexanizasiya” ASC .....                     İdman ustasını qətlə yetirən azərbaycanlılara bağlı .....                     “SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” .....                     Bu hallarda işçinin iş yeri, peşəsi və orta əmək haqqı saxlanılır... .....                     “Teatr tənqidçilərinin səsi niyə çıxmır?” .....                     Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR .....                     "Mənim məsələm dəqiq deyil, amma..." .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Xaliq Faiqoğlu” MMC qaydaları pozdu VƏ... .....                     "Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq" .....                     Təxribatçı keşiş Xeyrimliyə gəldi .....                     "İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik" .....                     “Gəncə KOB evi” tikiləcək .....                     Zelenskinin 5 illik prezident səlahiyyəti başa çatıb .....                     Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv edəcək .....                     Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? .....                     Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb .....                     Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib .....                     Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? .....                     Xanım jurnalist vəzifəyə təyin olundu .....                     Qriqoryan Qətərə gedir .....                     ADNSU-nun Məzun Günü tədbiri .....                     “İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... .....                     Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil .....                 

ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Tarix: 28-03-2024, 09:53 | Çap et
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. ABŞ və Avropa Birliyinin bundan sonra Ermənistana dəstək məsələsində birgə hərəkət edəcəyi bildirilir. Dəstəyin hərbi xarakter daşıması rəsmi Bakının etirazına səbəb olub. Sizcə, indiki məqamda İrəvana verilən dəstək nə ilə bağlıdır, qərblilər nə etməyə çalışırlar?

- Mənə elə gəlir ki, ABŞ və Avropa Birliyinin Ermənistana bu dəstəyi Azərbaycanla bağlı deyil. Bu dəstəyin Azərbaycana təhlükə yaradacağını zənn etmirəm. Bu, sırf Rusiyanı Ermənistanda sıxışdırmaqla əlaqəlidir, bu da bizim problemimiz deyil. Əksinə, mən düşünürəm ki, Rusiyanın bölgədə təsirinin azalması Azərbaycanın da maraqlarına xidmət edir. Hesab etmirəm ki, ABŞ və Avropa Birliyi Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlı olsun, yaxud Ermənistanı bizə qarşı qızışdırsınlar. Bu, Vaşinqton və Brüsselin nəyinə lazımdır?

Avropa Birliyi və ABŞ-nin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Bakı Vaşinqtonla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Bu günlərdə Azərbaycanın energetika naziri ABŞ-də idi. Brüsselin özüylə də əməkdaşlığımız var, Avropa ölkələrinə neft-qaz satırıq. Prezident İlham Əliyev və fon der Leyen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Yəni bölgədə növbəti gərginlik onların nəyinə lazımdır?! Bu, sırf Rusiya ilə bağlıdır, bu da bizim problemimiz deyil.

Rusiyanı tam sıxışdıra biləcəklərini də düşünmürəm. Rusiyanın Ermənistanda hərbi bazası var, buna dair anlaşma 2044-cü ilədək qüvvədədir. Məsələn, Paşinyan Rusiya sərhədçilərini “Zvartnots”dan çıxara bilər, bəs bazanı necə çıxaracaq? Çıxarsa, onu hansı ölkənin hərbçiləri əvəz edəcək? Bir sözlə, proseslər getsə belə, bunun Azərbaycan üçün təhlükə yaradacağını düşünmürəm.

Bəli, Avropa Birliyinin Ermənistandakı missiyası ilə bağlı müəyyən narahatlığımız var. Amma bu missiyanın da ölkəmizə təhlükə yaratdığını zənn etmirəm. Məsələn, fevralda postumuza snyaper atəşi oldu, bu təxribata sərt cavab verdik, Avropa Birliyi bizə mane oldumu? Ona görə də, baş verənlərdən çox da narahat olmağa dəyməz. Yox, bizə qarşı hansısa addım olarsa, öz sözümüzü deyəcəyik – Vaşinqtona da, Brüsselə də... Amma başqa durumun olacağını gözləmirəm. Paşinyan da qərarını verib, 4 kəndin Azərbaycana qaytarılacağını reallığını qəbul edib. Brüssel və Vaşinqtonun özü də Paşinyanı danlayır ki, Ermənistan üçün ən münasib yol qısa müddətdə Azərbaycanla sülhə nail olmaqdır.

- Qərbdən Ermənistana veriləcək hərbi dəstək və ya müasir silah-sursat, texnikalar həm də Azərbaycana qarşı revanşizmin baş qaldırmasına rəvac verməyəcəkmi?

- Belə bir təhlükənin olduğunu zənn etmirəm. Məsələn, Ukrayna. Bu ölkə Avropa Birliyi və ABŞ-yə Ermənistandan daha yaxındır. İki ildir müharibə gedir, Ukrayna hələ də istədiyi silahları Qərbdən ala bilmir, gecikdirirlər. İki ildir F-16 göndərəcəklərini deyirlər, hələ də vermirlər. Söhbət Avropa və Amerikaya daha yaxın olan Ukraynadan gedir, hamısı da Rusiyanın məğlubiyyətini istəyir. Ermənistana niyə müasir silahlar versinlər? Düzdür, Fransa nəsə - keyfiyyətsiz zirehli texnikalar verdi, amma ABŞ-nin Ermənistana, məsələn, “Patriot” və təyyarələr verəcəyini düşünmürəm.

Dediyim kimi, əsas hədəfləri Rusiyadır. Amma buna görə Ermənistanı kütləvi şəkildə silahlandıracaqlarını zənn etmirəm. Çünki bilirlər ki, bu, Azərbaycanda da narazılıqla qarşılanacaq. Üstəgəl, Türkiyə də prosesi diqqətlə izləyir. Xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Vaşinqtonda amerikalı həmkarı Blinkenlə görüşmüşdü. Görüşdə qərar verildi ki, Türkiyə və ABŞ Cənubi Qafqaz siyasətlərini koordinasiya etsin. Türkiyə hiss etsəydi ki, ABŞ-dən Ermənistan üzərindən Azərbaycana təhlükə var, koordinasiya məsələsində razılaşardımı? Bu məsələləri də diqqətə almalıyıq.

- Ermənistanda Rusiyanın sıxışdırılması cəhdləri necə bitəcək? Artıq belə səylərin Moldova, Gürcüstan və Ukraynada ağır nəticələrini görmüşük. Bəs Ermənistan üçün hansı ssenari seçilə bilər?

- Ermənistan üçün daha ağır olacaq. Çünki Ermənistanın Rusiyadan asılılığı daha böyükdür. Söhbət təkcə sərhədlərin qorunması və hərbi bazadan getmir, Ermənistanın atom elektrik stansiyası, iri zavod və digər istehsal müəssisələri Rusiyanın əlindədir. Rusiyadan ucuz qaz alırlar. İndi Rusiya qazı kəssə, hansı ölkədən alacaqlar? Əlbəttə, Azərbaycandan qaz ala bilərlər, İrəvanın belə istəyi var, amma bunun üçün gərək sülh müqaviləsini imzalasınlar, 4 kənd məsələsi həll olunsun. Yeri gəlişkən, kəndlər məsələsinin yaxın aylarda həll olunacağını düşünürəm, artıq düyməyə basılıb, Paşinyan da bunu anlayır.

Rusiya artıq Paşinyanı ciddi şəkildə hədələməyə başlayıb. Mariya Zaxarova və Dmitri Peskov son günlərdə eyni sözü deyirlər: Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Bununla söyləmək istəyirlər ki, Rusiyada yaşayan ermənilər Qərbə inteqrasiya məsələsində Paşinyan kimi düşünmürlər. Bununla həm də o mesajı verirlər ki, Rusiyada yaşayan ermənilər hər il Ermənistana milyardlarla dollar pul göndərirlər. Bu da İrəvana xəbərdarlıqdır ki, sabah Rusiya bu pul köçürmələrini dayandırsa, Ermənistanda iqtisadi vəziyyət ağırlaşacaq. Əslində, bu, Paşinyanın əlini gücləndirə bilər.

Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin Rusiyaya inamı getdilcə azalır. Paşinyan da bunu əlində rəhbər tutaraq Qərbə deyəcək ki, Rusiya məni sıxışdırır, daha çox maliyyə verin. Bu maliyyə də təmin olunacaq. Amma Ermənistan Rusiyadan tam qopa bilməyəcək. İrəvan iki seçim qarşısındadır: Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi. Paşinyan da istəyir ki, Gürcüstan kimi Avropa Birliyi üzvlüyünə namizəd statusu alsın. Bu zaman Rusiya onu Avrasiya İqtisadi Birliyindən uzaqlaşdıra bilər. Ermənistanın isə bütün idxal-ixrac əməliyyatları bu birlik və Rusiya ilə bağlıdır, Avropa Birliyi ilə isə belə əməliyyatlar yoxdur. Ermənistan öz konyaklarını Avropa yox, Rusiyada satır. Rusiya Ermənistan üçün belə çətinliklər yarada bilər.

- Dörd kənd məsələsi necə çözüləcək? Ermənistandakı silahlı qruplaşmalar “müqavimət”dən danışırlar.

- Müqavimət göstərəcəklər, PUA-larımız başlarına yağacaq. Amma Ermənistanın ordu birliklərinin kəndlərdən çəkiləcəyini düşünürəm. Artıq Paşinyanın ağzından çıxıb, Tavuşdakı görüşləri və partiyadaşları ilə müzakirələrdə də dedi ki, 4 kəndin Ermənistana dəxli yoxdur, qaytarılmalıdır, qaytarılmasa, müharibə, bunun da ölkəsi üçün ağır nəticələri olacaq. Bunu deməsəydi, düşünmək olardı ki, məsələni uzatmağa çalışır. Bu söz ağzından çıxıb, demək, məsələnin həlli yaxındır. Yox, hansısa silahlı qruplaşmalar müqavimət göstərsələr, zərbələr endirəcəyik. Böyük müharibə də olmayacaq, biz Qarabağı 44 günə azad etmişik, bu məsələnin həllinə yarım gün də bəs edər. Özləri də anlayırlar ki, həmin kəndlər Azərbaycanındır. Həmin 4 kəndə görə bizimlə niyə savaşmalıdırlar? Orada heç erməni də yaşamır.

- Rusiya kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxdı. Mariya Zaxarova açıq şəkildə buna etirazını bildirdi. Moskvanın yanaşmasını necə izah etmək olar?

- Rusiya iç üzünü göstərir. Paşinyan Tavuşdakı çıxışında dedi ki, 4 kəndi qaytarmasalar, müharibə olacaq. Mariya Zaxarova da 4 kənd məsələsinə toxunmadan Paşinyanın “müharibə” kəlməsindən yapışıb ki, Qərb onu savaşa sövq edir. Deyək ki, sizin “müharibə ilə bağlı məntiqiniz” düzdür, bəs Mariya və digər Rusiya rəsmiləri niyə 4 kənd məsələsinə münasibət bildirmirlər? Niyə demirlər ki, bəli, bu sülhü yaxınlaşdırar, biz də sülh sazişinin imzalanmasını istəyirik. Fikir verin: bir Rusiya rəsmisindən 4 kəndlə bağlı açıqlama yoxdur. Əksinə, Paşinyanı şantaj edirlər ki, 4 kəndi niyə verirsən və sair. Rusiyadan belə səslər eşidirik.

Rusiya iç üzünü ortaya qoyur ki, sülhdə yox, Azərbaycan və Ermənistanı təsir dairəsində saxlamaqda maraqlıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandakı qəzanın təhqiqatına Rusiya da qoşulacaqmı? - Peskovdan AÇIQLAMA
Bu gün, 13:52
Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı - SİYAHI
Bu gün, 13:47
Azərbaycan toylarında İSRAFÇILIQ: - Artıq qalan yeməklərin aqibəti necə olur?
Bu gün, 13:42
Bu söz-söhbət uzun müddət KƏSİLƏSİ DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:40
Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?
Bu gün, 13:33
Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEO
Bu gün, 13:29
44 günlük savaşdan 4 il keçsə də... - GƏNCƏ "YARALARINI" SARIYA BİLMİR...
Bu gün, 13:28
Hindistandan dəhliz açıqlaması – “Həyəcanlıyıq, Bakı ilə İrəvan...”
Bu gün, 13:24
20 qadın, 95 kişi üzvü olan parlament: 10 yer isə boşdur - DETALLAR
Bu gün, 13:20
Naziri kimlər aldadıb? - İTTİHAM VAR...
Bu gün, 13:18
1,5 milyonluq “Sumqayıt Polimer”in mənfəət və zərəri müzakirə olunacaq
Bu gün, 13:04
İki şairi dahi sayıram - RAMİZ RÖVŞƏN
Bu gün, 13:00
"İşdən öz ərizəmlə çıxmışam" - Keçmiş rəisdən açıqlama
Bu gün, 12:55
İranın İKİ SEÇİMİ VAR... - NƏ BAŞ VERİR?
Bu gün, 12:50
İran seçkiyə GEDİR... - ŞƏRH
Bu gün, 12:47
Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi - “Hraparak”
Bu gün, 12:39
“Bakı Mexanizasiya” ASC LƏĞV OLUNUR
Bu gün, 12:36
İdman ustasını qətlə yetirən azərbaycanlılara bağlı YENİ QƏRAR
Bu gün, 12:32
“SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!” - Ədalət Verdiyevdən SƏRT REAKSİYA
Bu gün, 12:28
Bu hallarda işçinin iş yeri, peşəsi və orta əmək haqqı saxlanılır... - Ekspert danışır...
Bu gün, 12:25
“Teatr tənqidçilərinin səsi niyə çıxmır?” - VİDEO
Bu gün, 12:18
Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?
Bu gün, 12:15
"Mənim məsələm dəqiq deyil, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 12:14
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:03
"Xaliq Faiqoğlu” MMC qaydaları pozdu VƏ...
Bu gün, 12:01
"Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq" - deputat
Bu gün, 11:52
Təxribatçı keşiş Xeyrimliyə gəldi - FOTO
Bu gün, 11:46
"İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik" - deputat
Bu gün, 11:42
“Gəncə KOB evi” tikiləcək - 2 milyon manata
Bu gün, 11:37
Zelenskinin 5 illik prezident səlahiyyəti başa çatıb
Bu gün, 11:35
Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv edəcək
Bu gün, 11:33
Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:24
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb - Ermənistan KİV
Bu gün, 11:21
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
Bu gün, 11:14
Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR...
Bu gün, 11:12
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
Bu gün, 11:03
Qriqoryan Qətərə gedir
Bu gün, 10:59
ADNSU-nun Məzun Günü tədbiri 256 500 manata başa gələcək
Bu gün, 10:57
“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:56
Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil - GƏLİŞMƏ
Bu gün, 10:50
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək - ƏMR
Bu gün, 10:48
Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR...
Bu gün, 10:44
Vəfadan onu təhqir edən Türkana: - ““TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
Bu gün, 10:26
Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini sınadılar - FOTO
Bu gün, 10:21
Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir - ETİRAZ VAR...
Bu gün, 10:20
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO
Bu gün, 10:06
Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu - FOTO
Bu gün, 10:04
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır
Bu gün, 10:02
Polis Ağcabədidə əməliyyatlar keçirib
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru