Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı .....                     Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq .....                     Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                     Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib .....                 

Siyasi şantaj: İrəvanın 31 kənd iddiasının arxasındakı niyyət - İNCƏLƏMƏ
Tarix: 5-03-2024, 10:01 | Çap et
Siyasi şantaj: İrəvanın 31 kənd iddiasının arxasındakı niyyət
Ermənistan Baş nazirinin Aparatı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan 31 kəndin xəritəsini yayıb.

“Cebhe.info”
-nun məlumatına görə, Ermənistan həmin kəndlərin guya Azərbaycanın işğalı altında olduğunu iddia edir. Xəritədə əksini tapan yaşayış məntəqələrinin ümumi sahəsinin 170 kv.km. təşkil etdiyi bildirilir. Əslində isə Ermənistanın heç bir kəndi Azərbaycan Ordusunun işğalı altında deyil. Rəsmi İrəvan bu məlumatı yaymaqla Azərbaycan silahlı qüvvələrinin Ermənistanla şərti sərhəddə yerləşən strateji yüksəkliklərdən geri çəkilməsini istəyir.

Yəni Ermənistan Baş Nazirinin Aparatının yaydığı dezinformasiya Azərbaycana qarşı növbəti ərazi iddiasıdır. Qeyd edək ki, Ermənistan hakimiyyəti Azərbaycanın guya 31 kəndi “işğal” altında saxladığına dair bir neçə dəfə açıqlama verib. Sonuncu dəfə aprelin 15-də Baş nazir Nikol Paşinyan sözügedən iddianı növbəti dəfə təkrarlayıb. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.

“Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”,- deyə sözügedən bəyanatda qeyd edilir.

Baş nazir Aparatının yaydığı xəritədən də göründüyü kimi, Ermənistan Azərbaycanla şərti sərhədə yaxın mövqelərdə yerləşən kəndləri gah nəzarətdə, gah da “işğal”da olan ərazilər kimi təqdim edir. Reallıq isə başqadır. Ermənistanla şərti sərhəddə olan yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olduğundan, qarşı tərəfin yaşayış məntəqələrini və yollarındakı hərəkəti aydın müşahidə etmək imkanına malikdir. Bu da Ermənistanı narahat etdiyi üçün Azərbaycanın nəzarətində olan əraziləri “işğal” adlandıraraq siyasi şantajdan istifadə edir.

Əslində, Ermənistanın 31 kənd iddiası ilə bağlı açıqlaması bir neçə məqsədə xidmət edir. Paşinyan hökuməti ilk növbədə, bu məsələni siyasi kampaniyaya çevirməklə Azərbaycana qarşı təzyiq alətinə çevirmək istəyir. Məqsəd sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanın strateji əhəmiyyətli yüksəkliklərdən çəkilməsinə nail olmaqdır.

Paşinyanın mütəmadi olaraq, sərhədlərin 1991-ci il xəritələri əsasında müəyyənləşməsi, eyni zamanda delimitasiya və demarkasiya prosesini “güzgü” prinsipi əsasında həyata keçirmək təklifləri də məhz buna hesablanıb. Ermənistan sülh danışıqlarında daha çox sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında və Sovet dövrünə aid xəritələrdən istifadə etməklə müəyyənləşməsini qaldırmaqla yanaşı, paralel olaraq silahlanma siyasəti yürüdür. Son zamanlar isə Ermənistan hücum silahlarının və uzaqmənzilli raketlərin alınması yönündə fəaliyyətini genişləndirib.

Bu isə Ermənistanın sərhədlərdəki yüksəklik mövqeləri əldə etmək üçün ağır silahlardan istifadə etməklə hərbi əməliyyatlara hazırlaşdığını göstərir. Yəni Ermənistan bir tərəfdən danışıqlarda Azərbaycanı 31 kənd istiqamətindəki yüksəkliklərdən geri çəkilməyə razı sala biləcək delimitasiya və demarkasiya prosesinin reallaşmasına çalışır. Yəni Ermənistan dinc yolla bu mövqeləri əldə edə bilməsə, müharibə ilə məqsədinə nail olmaq niyyətini nümayiş etdirir. Halbuki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və SSRİ dövründə də Azərbaycana məxsus olub. İşğal dövründə sərhədlər ləğv olunduğu dövrdə Ermənistan həmin yüksəklikləri öz ərazisinə qatıb.

Lakin 44 günlük müharibə zamanı Azərbaycan Ordusu bu yüksəklikləri azad edib. Ancaq yeni siyasi reallıqları qəbul etmək istəməyən Ermənistan xaricdən aldığı hərbi və siyasi dəstək hesabına sərhədləri dəyişəcəyinə ümid edir. Sərhəddə təxribatı törətməklə Ermənistan həmçinin, Azərbaycanın hərbi təcavüzünə məruz qaldığına dair rəy yaratmağa çalışır.

Bununla da ermənilər Avropa İttifaqının Azərbaycana qarşı enerji sanksiyaları tətbiq ediləcəyinə ümidlidir. Paşinyan hökuməti sərhəddə müharibəyə başlayacağı təqdirdə, Qərbin Ukraynada olduğu kimi Ermənistana da aktiv siyasi və hərbi dəstək göstərəcəyinə ümid edir. Ancaq Ukraynadan fərqli olaraq, Ermənistan Avropanın strateji təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Ukrayna Rusiya və Avropa İttifaqı arasında ən böyük bufer zonadır.

Hazırda bu bufer zona uğrunda qlobal müharibə gedir. Yəni Ukraynaya nəzarət edən tərəf Karpat dağlarından Çinə qədər Avrasiya məkanında geostrateji üstünlük qazanacaq. Buraya Ermənistanın da yerləşdiyi Cənubi Qafqaz, eyni zamanda Mərkəzi Asiya regionu daxildir.

Ermənistanın isə nə Avropa İttifaqı, nə də Rusiya sərhədləri var. NATO-nun Ermənistanla yeganə sərhədi Türkiyə vasitəsilə təmin olunur ki, o da bağlıdır. Ona görə də Qərb Ermənistana fəal hərbi dəstək verməyəcək. Üstəlik, Ermənistanın lojistik imkanlarının həddindən artıq məhdud olması ona aktiv müharibə aparmağa imkan vermir.

Azərbaycanın təhlükəsizliyi isə Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Ona görə də Paşinyanın bu ümidləri daha çox siyasi illuziyadır və Ermənistanı böyük riskə ata bilər. Ermənistanın 31 kənd məqələsini ortaya atmaqla eyni zamanda, Azərbaycanın işğal altında saxladığı 8 kəndini qaytarmamaq niyyəti güdür. Lakin Azərbaycan öz ərazilərini güc yolu ilə işğaldan azad etmək hüququna malikdir. Bu səbəbdən, Qərb Azərbaycanı ərazi bütövlüyünu təmin etdiyinə görə ittiham etməyəcək. Ermənistanın planları isə ərazi bütövlüyü prinsipini və regional sabitliyi pozmağa yönəlib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
Bu gün, 00:05
Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
Bu gün, 00:02
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Dünən, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Dünən, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Dünən, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Dünən, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Dünən, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Dünən, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Dünən, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Dünən, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Dünən, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Dünən, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Dünən, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Dünən, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Dünən, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Dünən, 17:22
Vəzifəli şəxs vəfat etdi
Dünən, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Dünən, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Dünən, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Dünən, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Dünən, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Dünən, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Dünən, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Dünən, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Dünən, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Dünən, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Dünən, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Dünən, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Dünən, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Dünən, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Dünən, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Dünən, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Dünən, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Dünən, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Dünən, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Dünən, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Dünən, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Dünən, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Dünən, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Dünən, 15:32
Bakıda həbsxanada ÖLÜM
Dünən, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Dünən, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Dünən, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Dünən, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Dünən, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Dünən, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Dünən, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Dünən, 15:00
Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru