Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                     Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib .....                     Qobu məktəbində təhsil bazarı: .....                     Bakıda həbsxanada .....                 

Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? - GƏLİŞMƏ
Tarix: 2-03-2024, 10:46 | Çap et
Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı?
Fevralın 28-29-da Berlində uzun fasilədən sonra reallaşan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında iki günlük danışıqlar bitdi. Bu, Almaniya kansleri Olaf Şolstun az öncə Münxendən başlayan təşəbbüskarlığının davamı idi.

Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib. Ancaq müzakirələrin yekunu olaraq hər hansı şifahi ortaq bəyanat da qəbul edilmədi. Yenə “ağ qoşa” qoyuldu. Berlin təmaslarının davamı gələcəkmi və harada? Yoxsa Vaşinqton danışıqları kimi, o da fiaskoya məhkumdur? Sıra hansı paytaxtda? Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü yaxındamı? Bu mövzuda ekspertlərimizə müraciət etdik.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Berlin görüşünün baş tutması Azərbaycanın maraqlarına tam uyğundur: “Niyə uyğundur? Xatırladım ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezidentin keçirdiyi görüşləri, o sıradan da Almaniya kansleri cənab Şoltsun təşəbbüsü ilə baş tutan ikitərəfli Azərbaycan-Ermənistan danışıqlarını Fransa öz meydançasında qapısına vurulmuş qol kimi qiymətləndirdi. Və düzgün də qiymətləndirdi... Amma bundan qətiyyən guya havadarlıq etdikləri üçün düzgün nəticə çıxartmadı. Təcili olaraq Ermənistanın baş naziri Parisə dəvət edildi və prezident Makronun diktəsi ilə o, sülh danışıqlarını, bütövlükdə normallaşma prosesini sual altında qoyan bir sıra özünə xas boşboğazlıqlara yol verdi. Ümumiyyətlə, hiss olunurdu ki, rəsmi Paris Azərbaycan-Ermənistan danışıqlarının ikitərəfli formatda, özü də son üç ildə bu və ya digər dərəcədə onun Cənubi Qafqazdakı siyasətinə dəstək verən Almaniyanın təşəbbüsü ilə keçirilməsinin əleyhinədir. Buna müttəfiqinin də cəlb olunması ilə özünün ofsaytda saxlanılması kimi yanaşır. O baxımdan bu görüşün özü də Almaniyada baş tutması məhz Fransanın öz meydançasında ofsaytda saxlanması baxımından bir uğurdur.

Bu, bir daha onu göstərir ki, Fransanın bu regionla bağlı cəhdləri heç bir nəticə verməyəcək və versə də havadarlıq etdiyinin qətiyyən xeyrinə olmayacaq”. S.Alıyev əlavə etdi ki, görüşdə elə də böyük irəliləyişin olmayacağı əvvəlcədən bəlli idi və bu, heç kəs üçün sirr deyildi: “Çünki Ermənistan baş nazirinin Parisdəki açıqlamaları göstərdi ki, o, bu regionda sülh istəməyənlərin tam təsiri altındadır. Mən açığı, bu görüşlə bağlı konkret nələrin əldə edilib-edilməyəcəyinin 1 martda öz işinə başlayan Antalya Diplomatik Forumunda üzə çıxacağı fikrindəyəm. Əgər bu forumda Azərbaycan-Türkiyə-Ermənistan XİN rəhbərləri bir araya gələ biləcəklərsə, üçlü bir formatda görüş keçiriləcəksə, bu, o deməkdir ki, sülhün əldə olunması yolunda müəyyən bir irəliləyiş var. Çünki qardaş Türkiyənin birbaşa mövqeyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmayınca, Türkiyə-Ermənistan əlaqələri də normallaşa bilməz”.

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir: “Bu, onlar üçün məğlubiyyətin tam təsdiqi demək olardı. Qərb də sülh müqaviləsində maraqlı deyil. Belə bir müqavilə imzalanarsa, regionda sabitlik bərqərar olar. Sabitliyin bərqərar olması isə Qərbin regiona girməsi üçün əlverişli deyil. Məsələ həll olunmadıqca, Qərbin Ermənistana təsir imkanları da qalır. Qərb Ermənistandan alət kimi istifadə edib, Rusiyanı regiondan çıxarmaq, onun yerini tutmaq istəyir”.

A.Nağı əmindir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanın da maraqlarına ziddir: “Hər şey yerini alarsa, normal münasibətlər yaranarsa, Rusiyanın da regionda qalmasına ehtiyac olmayacaq. Münasibətlərin normallaşması, sülhün əldə olunması Azərbaycanla Türkiyənin maraqlarına cavab verir. Bu, Azərbaycanın qələbəsinin təsbiti olar, Türkiyənin isə regionda dinc əməkdaşlıq fəaliyyəti üçün şərait yaradardı”. Partiya sədri bildirdi ki, Qərb Ermənistanı Avropaya inteqrasiya vədləri ilə şirnikləndirərək Rusiyaya qarşı aqressiv çıxışlara təhrik edir, Ermənistan isə sürətlə “Avropa ailəsi”nə daxil olmağa çalışır: “Onları sülh yox, bu məsələlər maraqlandırır. Berlin danışıqları da bunu aydın şəkildə göstərdi. Almaniya təşəbbüsü Fransadan almağa çalışır, Makronu az qala "boşboğazlıqda" ittiham edir. Çox danışıb, heç bir iş görməyən bu şəxsi arxa plana keçirmək istəyirlər".

A.Nağı bildirdi ki, Berlində ilk baxışdan xoş auralı görüş oldu: “Amma nəticəyə gələ bilmədilər, ənənəvi açıqlama ilə çıxış etdilər ki, bəzi məsələlər dəqiqləşdirilməlidir. Üstəlik, danışıqlar gedən zaman azaraq təmas xəttini keçən Azərbaycan əsgərini qarşı əsassız ittiham edib, həbsə atdılar. Bu yanaşma ilə sülhə nail olmaq mümkün deyil. Ola bilər ki, Berlin prosesi davam etdirilsin, amma nəticəsi olmayacaq. Başqa variant da effekt verməyəcək. O da mümkündür ki, Rusiya hər iki ölkənin liderini Moskvaya dəvət etsin, amma indiki şəraitdə Paşinyanın buna razılaşacağı inandırıcı deyil. Azərbaycan vasitəçisiz danışıqlara üstünlük verməli, güc amilini də nəzərdə saxlamalıdır. Böyük ehtimalla, onsuz keçinmək mümkün olmayacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılovun sözlərinə görə, Qərb uzun müddətdir bölgədə müharibə hazırlıqları içərisindədir: “Konkret olaraq Fransanın rəhbərliyi altında Ermənistan ciddi şəkildə Azərbaycan əlyehinə qızışdırılır. Ermənistana Fransadan müxtəlif təxribatçı, təhrikedici dəstəklərin göstərilməsi, həmçinin sonuncu olaraq Fransa müdafiə nazirinin Ermənistanla hansısa anlaşma imzalaması və burada bölgə ilə bağlı təhdidkar bəhs etməsi, bütün bunların fonunda Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində Qərb şəbəkəsinin ciddi şəkildə koordinasiya edilməsi regionda oynanılan təhlükəli oyunları göstərir. Belə olan təqdirdə bölgədə uzunmüddətli sülh və sabitlik mümkün olmur”. Ekspert qeyd etdi ki, əslində sülh və sabitlik buradakı regional layihələrin dirçəlməsinə, eyni zamanda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilər: “Bunu yaxşı başa düşən Qərb burada Rusiya, Türkiyə, Çinin Azərbaycanın önəmli iqtisadi layihələr və yeni alternativ layihələrlə dirçəlməsini həzm etmək istəmir. Bu səbəbdən də Ermənistanı qızışdıraraq bölgədə regional layihələri sabotaj etməyə çalışır. Bu baxımdan da düşünürəm ki, Qərbin bütün addımları Ermənistanı növbəti dəfə savaşa sürükləmək deməkdir və baş verən tendensiyalar da göstərir ki, bu çox təhlükəli bir oyundur. Ermənistanda Nikol Paşinyan hakimiyyəti və onun çevrəsindəkilər qəsdən guya ölkədə revanşizm cəhdlərinin olması ilə bağlı bir fond yaratmağa çalışır. Bu revanşizm fondlarında da xarici güc faktorlarının qarşısında elə mənzərə yaradılır ki, guya Paşinyana qarşı Ermənistanın daxilində hansısa güclü bir narazılıq var. Ancaq reallıqda hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərində Paşinyana qarşı hansısa ciddi bir müqavimətdən söhbət getmir. Eyni zamanda məhz Ermənistan anlayır ki, Cənubi Qafqazda sabitlik, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konstitusiyasında müəyyən düzəlişlər etməli və dəyişikliklərə getməlidir. Ona görə də Ermənistan məhz bu prosesdə vəziyyəti daha da gərginləşdirmək üçün xarici güc faktorlarının təsirlərindən istifadə etməyə çalışır. Guya cəmiyyətin içərisində hansısa bir gərginlik və narazılıq yüksək həddə imiş kimi bir görüntü yaratmağa çalışır”. T.İsmayılov hesab edir ki, burada hansısa revanşistlərin Paşinyana qarşı kiçik etirazları olsa belə, Nikol Paşinyan da bundan istifadə edərək vəziyyəti daha da dramatik bir formada beynəlxalq ictimaiyyətə çatdırmağa cəhd edir: “Hər halda, bu gün Ermənistanın hansısa güzəştlərindən yox, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyindən söhbət gedir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu olmayacağı təqdirdə regionda hansısa normal sülh şəraitinin yaranması qeyri-mümkündür. İstənilən halda isə Berlin danışıqları iki ölkə münasibətləri baxımından faydalıdır. Böyük dəyişiklik olmasa da, müsbət tendensiyaları ehtiva edir”.

Ekspertlərimizin də sadaladığı arqumentləri nəzərə alaraq demək olar ki, rəsmi İrəvanın davranışları prosesdə növbəti fasilənin yaranmasına gətirib çıxar bilər. Hazırda nəzərlər Antalyaya yönəlib. Ehtimal var ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti təmaslar Antalyada keçirilən Forum çərçivəsində, Türkiyənin təşəbbüsü ilə baş tuta bilər. Gözləyək...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Bu gün, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Bu gün, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Bu gün, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Bu gün, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Bu gün, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Bu gün, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Bu gün, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Bu gün, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Bu gün, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Bu gün, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Bu gün, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Bu gün, 17:22
Vəzifəli şəxs vəfat etdi
Bu gün, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Bu gün, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Bu gün, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Bu gün, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Bu gün, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Bu gün, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Bu gün, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Bu gün, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Bu gün, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Bu gün, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Bu gün, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Bu gün, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Bu gün, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Bu gün, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Bu gün, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Bu gün, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Bu gün, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Bu gün, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Bu gün, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Bu gün, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Bu gün, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Bu gün, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Bu gün, 15:32
Bakıda həbsxanada ÖLÜM
Bu gün, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Bu gün, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Bu gün, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Bu gün, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Bu gün, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Bu gün, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Bu gün, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Bu gün, 15:00
Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:55
Düzgün xidmət göstərməyən PROVAYDERLƏR - İnternetin sürəti niyə vəd edildiyi kimi DEYİL?
Bu gün, 14:52
Fransız şansonu zirehli texnika ilə: Ermənistan “hamısını birdən” alır - BU NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru