Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə .....                     Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı .....                     Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq .....                     Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                 

Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır... - Sanki yaxasından medal da asmalıyıq...
Tarix: 2-03-2024, 10:39 | Çap et
Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır...
Milli Məclisin üzvü Fazil Mustafanı güllələməkdə ittiham edilən Səbuhi Şirinov məhkəmədə dindirilərkən bu hadisəni törətdiyini etiraf edib. O, martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

S.Şirinov deputata sui-qəsddə, dövlətə xəyanətdə, qanunsuz silah saxlama və s. əməllərdə ittiham olunan daha 4 nəfərlə birlikdə mühakimə edilir. Bu hadisəyə görə hazırda məhkəmə önündə cavab verən digər 4 nəfər - Azər Səricanov, Elşad Əsgərov, Emin Əliyarov və Rəşad Əhmədovdur.

Cinayət işində iddia edilir ki, F.Mustafanın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqədar ona sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası üçün tapşırıq verilib və təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov vasitəsilə 30 min dollar pul göndərilib. O da həmin pulu təqsirləndirilən A. Səricanova çatdırıb. Ardınca sonuncu da pulun bir hissəsini hadisədən sonra Səbuhi Şirinova verib.

“Mənə borç kimi vermişdi ki…”
S.Şirinov deputata sui-qəsdə görə pul alması barədə ittihamı təkzib edir. O, A.Səricanova pul verdiyini təsdiqləyir, amma bunun hadisə ilə bağlı olmadığını iddia edir:

“Mənə borc kimi vermişdi ki, evimi təmir eləyim. Həbs olunanda, heç onu xərcləməmişdim. Mənə Fazil Mustafaya görə kimdənsə pul almaq lazım deyildi”.

O, F.Mustafanı avtomatla vurmasını isə deputatın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqələndirib. Onun sözlərinə görə, F.Mustafanın söylədiyi fikirlər onların dini inancına toxunduğundan, bu üzdən onu cəzalandırmaq qərarına gəliblər.

S.Şirinov məhkəmədə danışıb ki, öncə millət vəkilinin evinin ətrafında müşahidə aparıb, birinci dəfə yanında uşaq olduğuna görə ona yaxınlaşmayıb. Dediyinə görə, öncə onu bıçaqla yaralamaq niyyəti olub, amma sonradan fikrindən daşınıb.

Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmət etdiyini deyir
O, hadisə günündən danışarkən bildirib ki, deputata təxminən 20-25 metr məsafədən atəş açıb. Güllə atışını avtomat rejimə qoyduğundan, həmin vaxt neçə dəfə atəş açıldığını bilməyib. Sonradan ona deyiblər ki, 7 güllə atılıb.

Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmət etdiyini, aprel döyüşlərinin iştirakçısı olduğunu yada salan S.Şirinov deyir ki, sərrast güllə ata bilir. Sadəcə, F.Mustafanı öldürmək niyyəti olmadığından, ona ölümcül xəsarət yetirməyib:

“Yoxlamaq istəyirsinizsə, bura maket gətirin, necə nişan ala bildiyimi görün. Onu öldürmək fikrim olsaydı, alnından vurardım. Bu adam yaydığı fikirlərlə təxribat yaradırdı, bunu görmürdülər? Dövlət belə şeylərin qarşısını almalıdır. Almayanda, alanlar ortaya çıxır”.

O, əlavə edib ki, hadisədən bir müddət sonra A.Səricanovla birlikdə saxlanılıblar. Onları öncə Qaradağ rayon Polis İdarəsinə gətiriblər. S.Şirinov orada işgəncələrə məruz qaldığını deyir.

“Beş dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”
S.Şirinovu hadisə yerinə gətirib-aparmış təqsirləndirilən E.Əhmədov da məhkəmədə dindirilib. O bildirib ki, əvvəllər neft şirkətində çalışıb, son dövrlərdə isə taksi fəaliyyətilə məşğulmuş.

Elə S.Şirinovla da taksidə tanış olduqlarını deyir:

“Söhbətləşəndə gördük ki, Fazil Mustafanın dini fikirlərilə bağlı məsələdə də həmrəyik. Onun dini fikirləri bizim üçün təhqir idi. Bıçaq sümüyə dirəndi”.

E.Əhmədovun sözlərinə görə, 8 dəfə İrana gedib-gəlməyini ona qarşı ittihamın sübutu kimi təqdim edirlər:

“Mən 5 dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”.

O, hadisə günü S.Şirinovu olay yerinə aparıb-gətirdiyini məhkəmədə təsdiqləyib. Əməlinə görə cəza çəkməyə hazır olduğunu da əlavə edib.


“Nə olduğunu soruşmadım...”
İttihama görə, deputata sui-qəsddə istifadə olunan odlu silah təqsirləndirilən şəxslərdən E.Əliyarovun evindən çıxıb. O, digər təqsirləndirilən A.Səricanovun 20 illik dostudur.

E.Əliyarov dostunun onun evinə çantada bağlama gətirib gizlətdiyini təsdiqləsə də deyir ki, bağlamanın içində silah olduğunu bilməyib:

“Nə olduğunu soruşmadım, özü də demədi. Ancaq onu dedi ki, “sizdə qalsın”. Bir də evimizə polis gəlib silahı götürəndə bilmişəm ki, silah imiş. Amma həmin gün Azər narahat idi, səbəbini soruşanda cavab verdi ki, Fazil Mustafa hadisəsini biz eləmişik...”

F.Mustafa bu iş üzrə zərərçəkmiş qismində tanınsa da, məhkəmə iclaslarına qatılmır. Təqsirləndirilən şəxslər və onların vəkilləri onun məhkəmədə iştirakını tələb edir, ona sualları olduğunu deyirlər.

Hakim bildirib ki, növbəti məhkəmə iclasına da F.Mustafa dəvət olunacaq. Əgər gəlməsə, onun məcburi gətirilməsi məsələsi müzakirə oluna bilər.

Bu hadisə ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.

Xatırlatma
Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. İttiham maddələrində 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə - TƏMİN OLUNACAQ
Bu gün, 00:10
Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
Bu gün, 00:05
Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
Bu gün, 00:02
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Dünən, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Dünən, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Dünən, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Dünən, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Dünən, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Dünən, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Dünən, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Dünən, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Dünən, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Dünən, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Dünən, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Dünən, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Dünən, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Dünən, 17:22
Vəzifəli şəxs vəfat etdi
Dünən, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Dünən, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Dünən, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Dünən, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Dünən, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Dünən, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Dünən, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Dünən, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Dünən, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Dünən, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Dünən, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Dünən, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Dünən, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Dünən, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Dünən, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Dünən, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Dünən, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Dünən, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Dünən, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Dünən, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Dünən, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Dünən, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Dünən, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Dünən, 15:32
Bakıda həbsxanada ÖLÜM
Dünən, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Dünən, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Dünən, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Dünən, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Dünən, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Dünən, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Dünən, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru