Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                     “Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb .....                     2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi .....                     "İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." .....                     “89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” .....                     Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... .....                     ADY beynəlxalq standartlara cavab vermir... .....                     "Tıxac başqa, yolu konkret bağlamaq başqa..." .....                     Azərbaycanlı milyarder Rusiyadan deport edilir .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     İki milyon mənimsəyən “falçı” yenidən .....                 

Səfir Elmira Axundovadan Misir Qasımlı AÇIQLAMASI
Tarix: 14-11-2022, 10:49 | Çap et
Səfir Elmira Axundovadan Misir Qasımlı
Bir ildən çoxdur Ukraynada saxlanılan soydaşlarımız Misir Qasımlı və Sübhan Quliyevlə bağlı hələ də məhkəmə qərarı verilməyib. Kiyev vilayəti Obuxovski Rayon Məhkəməsində keçirilən növbəti prosesdən sonra Misir Qasımlı Baku TV-yə açıqlama verib. Həbsdə olan Qarabağ qazisi bildirib ki, onlar haqqında irəli sürülən ittihamlar yalandır.

“Bütün hüquqlarımız apelyasiya məhkəmələri tərəfindən pozulur. 8 aydır bizi heç bir məhkəməyə aparmırlar. Tərcüməçisiz, vəkilsiz məhkəmələr keçirirlər”, - deyə o əlavə edib.

M.Qasımlı nə Xarici İşlər Nazirliyindən, nə Ombudsman Aparatından, nə də səfirlikdən vəkillərinin müraciətlərinə cavab verilmədiyini də qeyd edib.

Xatırladaq ki, bu günlərdə Misir Qasımlının vəkili Aygül Rəfiyeva da Musavat.com-a açıqlamasında dəfələrlə Ombusdman və Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edildiyini, lakin müraciətlərin nəticəsiz qaldığını bildirmişdi:

“Dəfələrlə Misir Qasımlının şəxsi zaminliyə götürülmə məsələsi ilə bağlı səfirliyə müraciət edilsə də, səfirlik hər dəfə bundan imtina edib. Halbuki səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil.

Elmira Axundova qazinin ailəsini səfirliyə buraxmadı: Kiyevdə utancverici olay - Video Yenipress.az

Eyni zamanda Azərbaycanın Ombusdmanına dəfələrlə müraciət edirik ki, vətəndaşlarımızın haqqları tapdalanır, köməklik edin, cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Görünən odur ki, heç kəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər".

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın mövqeyini öyrənməyə çalışıb. Səfir səslənən iddiaları rədd edib: “Biz Misir Qasımlı ilə əlaqədar nə lazımdırsa etdik. Səfirlik notalar yazdı, məhkəmədə konsulumuz iştirak etdi. Lakin biz məhkəmə işlərinə qarışa bilmərik axı”.

“Yeni Müsavat” səslənən iddialara cavab almaq üçün Ombusdman Aparatına sorğu göndərib. Qurumdan məsələyə bu cür mövqe bildirildi: “Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəkili Dobranitsa Valeriy Mixayloviç Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevaya müraciət edib. O, hüquqlarını müdafiə etdiyi Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verildiyini, Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxıldığını bildirib. Ombudsman Səbinə Əliyevaya həmin məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət edib. İnsan hüquqları üzrə müvəkkil S.Əliyeva vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib. Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili tərəfindən verilmiş cavab əsasında vəkil Dobranitsa Valeriy Mixayloviçə rəsmi məktub ünvanlanıb”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bildirdi ki, Azərbaycan hökuməti Misir Qasımlının hələ də həbsdə saxlanılması ilə bağlı ortaya mövqe qoymalı, qazini vəkil və hüquqşünasla təmin etməlidir: “Azərbaycanın bir qazisi Ukraynada şərlənib, həbs edilir, dövlətin hüquq sistemi, Ombusdmanı isə susub. Bu, yolverilməzdir, dərhal tədbir görülməlidir! Məlum məsələdir ki, Ukraynadakı səfirliyimizin adı var, özü yoxdur. Heç olmasa, digər aidiyyəti orqanlar hərəkətə keçməlidir”.

Bəs Azərbaycan Qaziləri İctimai Birliyi qazi Misir Qasımlı ilə maraqlanırmı? Qurumun sədri, Qarabağ qazisi Asəf Əliyev sorğumuza bu cür cavab verdi: “İlk növbədə Ombusdman, Ukraynadakı səfirliyimiz işə keçməlidir. Araşdırılmalıdır ki, Misir Qasımlı hansı şəraitdə, niyə həbs edilib? Bütün bunlar araşdırılandan sonra məsələyə müdaxilə edilməlidir. İctimai təşkilat olaraq bizim əlimiz Ukrayna çatmır, əsasən ölkə daxilindəki qazilərimizin problemləri ilə maraqlanır, onlara dəstək olmağa çalışırıq. Tutaq ki, burdan onlara müraciətlər ünvanlasaq, hara gedib çıxacaq ki?

Xatırladım ki, bir müddət bundan əvvəl Misir Qasımlı ilə bağlı məsələ Milli Məclisdə də qaldırıldı və QHT-lər də müraciətlər etdi. Lakin nəticəsi olmadı. Bunun üçün də bir daha qeyd edirəm ki, bu məsələni dövlət qaldırmalıdır. Əgər Ukraynada yaşayan bir Vətən müharibəsi qazimiz Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda döyüşlərə qatılıbsa, canın, qanın fəda edibsə, onu qorumaq hər birimizin borcudur".
//Musavat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 11:16
"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Bu gün, 11:14
Rafiq Məmmədov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:11
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Bu gün, 11:07
Azərbaycanda əsgərlik yaşı artırılır? - GƏLİŞMƏ
Bu gün, 10:58
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - POLİS ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 10:53
Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı - Hadisənin detalları
Bu gün, 10:49
Sədərək gömrüyündə ÖZBAŞINALIQ... - Məmura olar, sıravi vətəndaşa yox...
Bu gün, 10:44
General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı - AÇIQLAMA
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru