Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

"KÖHNƏ QVARDİYA"NIN İÇ ÜZÜ - Və ya ofisiant icra başçısı olanda
Tarix: 1-05-2020, 16:47 | Çap et
"KÖHNƏ QVARDİYA"NIN İÇ ÜZÜ
“Köhnə qvardiya”nın patronajlığı altında olan bir çox rayon icra hakimiyyətlərinin işinə baxanda, SSRİ dövrünün ən məşhur deyimlərindən olan “Xruşşov sübut etdi ki, SSRİ-ni hər axmaq idarə edər” fikri yada düşür.

Doğrudan da, rayonlarımızı kimlər “idarə etməyib”, icra başçısı kreslosunda kimlər oturmayıb, kimlər! Onların çoxu sübut ediblər ki, yalançı diplomlar, elmi dərəcələr, orden-medallar almaqla yanaşı, yırtıcı xislətini saxlamaq və oğurlanması, çapıb–talanması mümkün olan hər şeyi talamaq mümkündür.

Elə indinin özündə də bütün tənqidlərə, şikayətlərə, açıq-aşkar özbaşınalıq, oğurluq, korrupsiya faktlarına rəğmən, hələ də özünü hansısa rayonun “Allahı”, həmin rayonu da özünün şəxsi “fazendası” hesab edən və kreslosundan bərk-bərk yapışan “day-daylar” iş başındadır. Hansını da tərpətsən, altından milyonluq varidatlar çıxacaq. İndi onları bir-bir, iki-iki tutub “içəri salsalar” da, hələ sayları çoxdur...

İki gün əvvəl həbs olunan Biləsuvarın icra başçısı Mahir Quliyevin isə heç düz-əməlli ali savadının da olmadığı üzə çıxıb, daha doğrusu, yada düşüb. Özü də adam 2006-ci ildən icra başçısıdır – az qala 15 il! M.Quliyev Bakıda hansısa “Naxçıvan” Universitetinin diplomunu alıbmış. Və bu barədə neçə illərdir qəzetlər yazıb-pozub, sonra da yorulub dayanıblar. Amma bunu nə görən olub, nə də bu fakta fikir verən.

Adam ofisiantlıqdan restoran administratorluğuna, oradan Səbail kimi rayonun bələdiyyə sədrinin müavinliyinə, oradan da birbaşa Astaranın icra başçısı postuna “tullanıb”. Görəsən, kimə və nə cür qonaqlıq verib, necə yeyib-içmək təşkil edib, necə qulluq edib ki, kimlərinsə 10 illərlə qət edə bilmədiyi karyera yolunu bir neçə ayda keçə bilib?

Əlbəttə ki, ofisiantlıq, yaxud restoran administratorluğunda qəbahətli bir şey yoxdur. Hər kəs kimi onların da vəzifə tutmaq hüququ var. Ancaq onların tuta biləcəyi yüksək vəzifə peşələrinə uyğun olaraq, restoran müdiri, şadlıq evi sahibi və s. ola bilər, daha icra başçısı yox!

Axı ömrünün yarısını yemək-içmək stolu bəzəməklə keçirən, gözünü müştərinin əlinə dikib “çayevoy” və “şabaş” gözləyən bir adam birdən-birə böyük bir rayona necə rəhbərlik edə bilər?

Azərbaycanda bu boydamı kadr kasadlığı var? Bu adamları kim tapıb qabağa çəkib, təqdimatını kim və necə verib? Necə olub ki, bunlar hamısı bir-birilə, yaxud hakimiyyətdəki digər iri məmurlarla qudalıq, yaxud başqa hansısa qohumluq, dostluq bağlarına malik olublar?...

Acınacaqlı hal həm də odur ki, yalançı diplomlarla yüksək mənsəb sahibi olanlar təkcə bəzi icra başçıları və icra orqanlarında digər yüksək vəzifə tutanlar deyil. Belələrinin arasında hətta generallar, hakimlər də var!...

Əslində, icra başçısı vəzifəsi rayonun kasıbından, xəstəsindən tutmuş iş adamına, imkanlısına qədər hər kəsi anlamağı, hüquq, iqtisadiyyat, kənd təsərrüfatına aid biliklərə malik olmağı, bir sözlə, savadlı idarəçiliyi tələb edir. “Əlli şirvanlıq” saxta diplom alan birisi bu işlərin öhdəsindən gələ bilərmi? Belə görünür ki, gələ bilər - icra başçısının işi “topla-dağıt”dırsa, deməli gələ bilər və bunu ofisiantdan yaxşı kim edə bilər ki?

Ancaq hər halda, görünən odur ki, artıq belələrinin xidmətlərinə ehtiyac qalmayıb və “köhnə qvardiya” yola salınandan sonra onun “əsərləri” olan belə başçılar da bir-bir saf-çürük edilir.

Ölkədə qalan az-çox müstəqil media orqanları bu və ya digər icra hakimiyyəti başçısının əyri əməllərindən yazanda, dərhal Prezident Administrasiyasının “ağır artilleriyası” hər vasitə ilə “xoşagəlməz səsləri” sudururdu – birini “reket jurnalist”, başqasını “agent” adlandırıb, ağzını yumurdular.

Bəs indi nə oldu? “Köhnə qvardiya” yola salınmağa başlayan kimi, hər kəsin toxunulmaz saydığı icra başçılarının bir çoxunun eybəcər maskaları bir-bir yırtılmağa başladı, çapıb-taladıqları büdcə vəsaitləri, satdıqları və ələ keçirdikləri torpaqlar, obyektlər və sair azmış kimi, yetim-yesir üçün ayrılan qəpik-quruşa da göz dikdikləri üzə çıxdı.

Yəqin ki, Biləsuvarın icra başçısı, barəsində ciddi tədbir görülən birinci başçı olmadığı kimi, sonuncu da olmayacaq. Çünki başçıların böyük əksəriyyəti məlum əməllərinə görə ondan geri qalmırlar. Hazırda baş verənlər həm də ümumiyyətlə, hakimiyyətin icraedici qolunun rayon icra hakimiyyətləri əsasında formalaşan idarəçilik sisteminin artıq işə yaramadığını göstərir.

Hələlik, üzdə olan nəticə isə odur ki, uzun müddət ən prestijli və “yağlı” vəzifə olan icra başçısı postu artıq ən təhlükəli və riskli, hətta az qala “urvatsız” vəzifəyə çevrilir!
AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Bu gün, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Bu gün, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru