Əsas Səhifə > Cəmiyyət, Manşet > ""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...


5-01-2016, 09:49
""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...
DİA.AZ: - Ucar rayonu Qarabörk kəndi sakini İsrayılov Məhəmməd İsrayıl oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov bizim ailənin bayramını qara gətirdi deyə bayram edə bilmədik.Belə ki, oğlum Valeh iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank" ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik etmişdir.Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank" ASC-nin Ucar filialı hər ay kredit pulunu oğlum Valehin maaşından tutmağa başladı.Buna görə heç bir narazılığımız olmayıb.Ancaq "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşınıda tam olaraq kredit borca görə tutmuşdur ki, bu ciddi qanun pozuntusudur.Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına görə kreditə görə pul ödənməlidir.Ancaq 13-cü maaşın kreditə tutulması tam qanunsuzluqdur. 6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur.Ümüdümüz ona veriləcək 13-cü maaşa idiki onuda "Kapital Bank" ASC-nin Ucar filialı tamamilə tutmaqla ailəmizin bayramını qara gətirdi.İmkansızlıqdan bizim ailə bayram etmədi.Mən buna görə bir ağsaqqal valideyin kimi "KapitalBank" ASC-nin Ucar filianın müdiri Daşqın Ələkbərova iradımı bildirdikdə mənə dedi ki, belə olmalıdır bilmirsən bu bank kimə məxsusdur.

Bildirirəm ki, "KapitalBank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov az müddətdə qanunsuz əməlləri ilə cəmiyyət arasında böyük narazılıq yaratmışdır.Hətda o içkili vəziyyətdə idarə etdiyi Banka məxsus avtomobili aşırdıb yararsız hala salmışdır.Oğlumun 13-cü maaşının tamamilə "KapitalBank" ASC-nin Ucar filialı tərfindən tutulmasına görə Prezidentə, Mərkəzi Banka və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə şikayət ərizəsi ilə mürciət etmişəm.Mətbuat vasitəsi ilə də aidiyyatı orqanlara Prezident cənab İlham Əliyevə, Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını obyektiv araşdırıb qanuni tədbir görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...
""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...
""Kapital Bank" ASC-nin Ucar filialının müdiri bizim ailənin bayramını qara gətirdi"...

Geri qayıt