Əsas Səhifə > Cəmiyyət > “AYAĞINDA AĞRILAR VAR, YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR”

“AYAĞINDA AĞRILAR VAR, YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR”


2-07-2012, 12:52
“AYAĞINDA AĞRILAR VAR, YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR”

ORXAN KƏRİMOV XƏSTƏXANADAN ÇIXIB

“Orxan Kərimovun səhhəti indi yaxşıdır. Amma ayağında ağrılar var, yeriməkdə çətinlik çəkir”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun qayınatası Gülağa Əhmədov deyib. Onun sözlərinə görə, O. Kərimov şənbə günü xəstəxanadan çıxıb, hazırda evindədir.

G. Əhmədov bildirib ki, O. Kərimovun səhhəti düzələndən sonra, nə vaxt məhkəmə təyin olunsa, məhkəmədə iştirak edəcək və öz hüquqlarının bərpası üçün çalışacaq.

Müsahibimiz media vasitəsilə Prezident İlham Əliyevə öz təşəkkürünü də bildirib: “Onun əməliyyatı üçün şərait yaradıldığı və həbsxandan çıxmasına icazə verildiyi üçün çox sağ olsunlar”.

Geri qayıt