Əsas Səhifə > Cəmiyyət, Manşet > Zakir Fərəcovla bağlı qalmaqal prezidentin masasında

Zakir Fərəcovla bağlı qalmaqal prezidentin masasında


6-03-2015, 14:32
Zakir Fərəcovla bağlı qalmaqal prezidentin masasında
Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, dövlət başçısının sərəncamı ilə «Bakıelektrikşəbəkə»nin ləğv edilərək «Azərişıq» yaradılmasından sonra regionlarda gərginlik yaşanır. Məlumat verən mənbə bildirmişdi ki, «Azərişıq» prezidenti Baba Rzayev dövlət başçısının yüksək etimadından sonra regionlarda işıq təsərrüfatlarını təhvi l-təslim etməyə çalışıb. Lakin Abşeron rayonunda vəziyyət xeyli gərginləşib.

GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, «Sumqayıtelektrikşəbəkə»nin ləğv edilməsindən sonra təhvil-təslim işlərini aparmaq kifayət qədər çətinləşib. Hətta bununla bağlı olaraq Abşeron Elektrik Qovşağında ciddi ixtisarlar da aparılıb. Lakin məlum olub ki, birbaşa icra başçısının göstərişi ilə elektrik təsərrüfatı məhv edildib. Məlum olub ki, Abşeron işıq təsərrüfatının başında dayanan adamlar Abşeronun icra başçısı Zakir Fərəcovun yaxın qohumları olublar. Və onlar da Abşeronda yığılan elektrik enerjisinə görə ödəmələri dövlətə köçüurməyiblər. Həmçinin də həm İcra Hakimiyyətinin balansından, zhəm də Abşeron Elektrik Qovşağından ayrılan vəsaitlər yerli elektrik təsərrüfatlarının yenilənməsinə və qurulmasına sərf edilməyib.

Bundan sonra isə «Azərişıq» rəhbəri Baba Rzayev təhvil-təslim sənədləri ilə tanış olduqdan sonra bəlli olub ki, Abşeronda işıq təsərrüfatları sözün əsl mənasında talan edilib. Vəziyyətin ağır olduğunu görən Baba Rzayevin son bir həftə ərzində Zakir Fərəcovla iki dəfə görüşərək bu məsələni müzakirə edib. Lakin danışıqların nəticə vermədiyini gördükdən sonra «Azərişıq» prezidenti audit təşkiltalıran müraciət edərək təhvil-təslimdən öncə qiymətləndirmə və digər mühasibat və xəzinadarlıq sənədlərinin təftiş edilməsini istəyib. Nəticə etibarilə də vəziyyət bir qədər də gərginləşib.

Bundan sonra isə Zakir Fərəcovun adamları ən müxtəlif dairələrə müraciət edərək Baba Rzayevə təsir etmək istəsələr də nəticəsi olmayıb.

GUNDEMİNFO.AZ-a danışan mənbə iddia edir ki, Baba Rzayevin inadından sonra məsələ barədə dövlət başçısına da məruzə edilib. Hazırda Abşeronda Zakir Fərəcovun ən yaxın adamlarının elektrik enerjisi ilə bağlı təsərrüfatları talan etməsi faktı ilə müvafiq araşdırmaların başlanacağı da gözlənilir. Və Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən Abşeronda «Azərişıq»ın təhvil-təslim aparması prossesi başlamalıdır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt