Əsas Səhifə > Cəmiyyət, Manşet > Təhsil nazirinə şagirdini döyən müəllimlə bağlı şikayət – Keçmiş məhbus müəllimin diplomu da saxtadır

Təhsil nazirinə şagirdini döyən müəllimlə bağlı şikayət – Keçmiş məhbus müəllimin diplomu da saxtadır


26-02-2015, 12:22
Təhsil nazirinə şagirdini döyən müəllimlə bağlı şikayət – Keçmiş məhbus müəllimin diplomu da saxtadır
DİA.AZ: - Şəki sakini Daşqın Həşimov artıq neçənci dəfədir ki, üzləşdiyi problemlə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət etsə də, onun dərdinə çarə tapılmır. Bunu xatırladan narazı vətəndaş yenə də nazirə üz tutub. DİA.AZ olaraq Şəki sakininin şikayət məktubunu təqdim edirik:

“Mən, Daşqın Həşimov bir valideyn olaraq hörmətli nazir Mikayıl müəllim Sizə üçüncü dəfə müraciət edirəm: Bu il yanvarın 23-də oğlum, Baş Göynük kənd 1 saylı orta məktəbin IX sinif şagirdi Sadiq coğrafiya dərsində saxta diplomlu Kərimov Əvəz tərəfindən qəddarcasına döyülmüşdür. Hələ ürəyi soyumayıb oğluma sinif şagirdləri qarşısında "sənin dədəni də pis günə salaram" deməsi harınlığın son həddidir.

Bu adam hələ 13 il əvvəl kənd icra nümayəndəsini də iş otağında qəddarcasına döydüyünə görə həbsxanada yatmışdır. Hazırda bu məhkum-saxta müəllimə 10 ildir ki, “İnsan və cəmiyyət”,"iqtisadiyyat","coğrafiya" dərslərini də tədris etməyə etibar ediblər. Saxtakarın əməlləri barədə internet saytlar kifayət qədər yazmışdır.

Çox təəssüflər olsun ki, bu günədək Təhsil Nazirliyi, Polis İdarəsi araşdırmalar apardığını mətbuata bildirsə də hələlik heç bir nəticə yoxdur. Hazırda saxta diplom sahibi öz dərslərini 3 müxtəlif orta məktəblərdə tədris etməkdə davam edir. Sanki belə də olmalıymış. Xahiş edirəm şərəfli təhsil işçisi adına ləkə gətirən bu adamın 004756 nömrəli saxta diplomu və özü barədə dərhal qanunauyğun ölçü götürülməsinə göstəriş verəsiniz.

“Şagirdin saxta coğrafiya müəlliminə ünvanladığı Argentinanın paytaxtı haradır” sualına-“Hollandiyadır” cavabı verən Ə.Kərimova dərsdə şagirdlərin hamısının gülməsi yolverilməzdir, yoxsa düzgündür? Belə olan halda saxtakar müəllimin şagirdin başına ağır yumruqlar vurmasına haqq qazandırmaq olarmı?

Təhsil Nazirliyinin 20.03.2012-ci il tarixli rəsmi məktubu əsasında Əvəz Kərimova AMİ-nin Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən verilmiş 004756 nömrəli diplomun saxtalığı sübut olunmuşdur.Və bu saxta diplomu verən filial rektoru həbs olunmuşsa, niyə o zaman saxta diplom Təhsil Nazirliyi tərəfindən ləğv olunmur? Bu qanunidirmi? Xahiş edirəm, oğlumun döyülməsi faktı və saxta diplomla əlaqədar lazımi tədbirlər görəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt