Əsas Səhifə > Cəmiyyət / Manşet > Fətullah Gülən camaatı yenidən В«AzərsuВ»da peyda olma qərarını verib

Fətullah Gülən camaatı yenidən В«AzərsuВ»da peyda olma qərarını verib


17-02-2015, 11:27
Fətullah Gülən camaatı yenidən В«AzərsuВ»da peyda olma qərarını verib
DİA.AZ: - Bir müddət əvvəl Azərbaycanda bir В«nurçu təmizləməsiВ» dalğası müşahidə olundu. Nüfuzlu məmurlar bu ittihamla görəvindən alındı, Fətullah Gülən camesinə aid olan təhsil ocaqlarından bəzilərinin fəaliyyəti dayandırıldı, bəziləri əl dəyişdirdi. Nurçuların rəhbərlik etdiyi şirkətlər Azərbaycandan В«qaçdıВ» və s. Beləcə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın nifaqda olduğu bir güclə Azərbaycanda da haqq-hesab çürüdülmüş oldu. Amma bu proses heç də sonna qədər çatdırılmadı.

Bunu da DİA.AZ-a danışan mənbə bildirir. Nazirlər Kabinetindəki mötəbər qaynağın iddialarına görə, hələ də vəzifə başında Fətullah Gülən camaatına yaxınlığı ilə seçilən onlarla məmur var: В«Əslində bu В«təmizləmə əməliyyatıВ» zamanı həqiqətən də nurçulara yaxın olan məmurlar prosesdən kənarda qaldı. Sadəcə olaraq, adları bu cameə ilə halandırılanlar В«vurulduВ». Bu isə prosesin heç də hədəflənən məqsədlə uyuşmamasından xəbər verməkdədirВ».

Məlumatı verən mənbə iddia edir ki, hazırda çox nüfuzlu məmurlardan biri zaman-zaman Fətullah Gülən camaatı ilə sıx təmasda olsa da, məlum dalğadan kənarda qalmağı bacardı, amma bu zaman fənd işlətdi.

Mənbənin diaaz.space-a söylədikləri: В«Söhbət В«AzərsuВ» ASC-nin prezidenti Qorxmaz Hüseynovdan gedir. Maraqlı orasıdır ki, faktiki olaraq Azərbaycanda Fətullah Gülənin əsas biznes ortaqlarından biri kimi hər zaman Qorxmaz Hüseynov tanınsa da, O. vəziyyətdən çıxmağa müvəffəq olduВ».

Mənbə iddia edir ki, bu zaman В«AzərsuВ» şefi çox ilginc üsula əl atdı: В«Təsəvvür edin, bir günün içində В«AzərsuВ»nun ayrı-ayrı layihələrində yer alan əsas podratçı və subpodratçı şirkətlərlə - hansılar ki, Fətullah Gülən camaatına bağlı olub - həmin şirkətlərlə müqavilələr ləğv olundu. Halbuki bütün bunlar qanunsuz idi. Amma buna baxmayaraq, nurçu tərəfdaşları Qorxmaz Hüseynovun xilası naminə bu addımı anlaqlı qəbul etdilər və hansısa formada hüquqi addımın atılmasına maraq göstərmədilərВ».

Mənbənin bildirdiyinə görə, məhz bu davranışlarına görə, Qorxmaz Hüseynov yenidən nurçu ortaqları ilə işbirliyinə maraq göstərməkdədir: В«Bu günlərdə Fətullah Gülənin Azərbaycandakı əsas adamlarından birinin nəzarəti altında yeni şirkət təsis olunub. Şirkət sırf Azərbaycan şirkətidir. Yəni sənədlərdə. Və gözlənilir ki, Qorxmaz Hüseynov bu yolla yenidən köhnə müttəfiqləri ilə biznes əlaqələrini davam etdirsinВ».

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt