Əsas Səhifə > Cəmiyyət / Manşet > Suriyadan Azərbaycana qayıtmaq istəyən 8 vətəndaşımızı vəhabilər güllələyiblər
Suriyadan Azərbaycana qayıtmaq istəyən 8 vətəndaşımızı vəhabilər güllələyiblər16-09-2014, 14:17 |
![]() DİA.AZ: - В«Azərbaycandan Suriyaya gedənlərdən bəziləri vətənə qayıtmaq istəsələr də, bu, onlara baha başa gəlibВ». Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir. Mənbənin bildirdiyinə görə, Azərbaycandan Suriyaya döyüşmək üçün 300-dən artıq gənc gedib ki, onların da tən yarısının öldüyü bildirilir: В«Amma onlardan geri dönmək istəyənlər də olub. Həmin azərbaycanlılar üzvü olduqları vəhabi dəstələrinin komandirləri tərəfindən öldürülüblər. Təxminən 8 belə hadisə olub. Vəhabilər ona görə belə edirlər ki, digərlərinin də gözlərini qorxutsunlar. Təkcə geri qayıtmaq istəyən azərbaycanlılar yox, digər millətlər də öldürülübВ». Mənbə diaaz.space-a göndərdiyi məlumatında onu da vurğulayır ki, hazırda Suriya və Şimali İraq cəbhəsində 200-ə yaxın azərbaycanlı vəhabi savaşır: В«Onlardan bəziləri hətta Kərkükdə azərbaycanlı qəsəbələrinə hücumlarda da iştirak ediblər. Yəni öz qardaşlarına güllə atıblarВ». Geri qayıt |