Əsas Səhifə > Cəmiyyət > Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər
Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilərBu gün, 16:25 |
|
Rusiya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara sata bilər. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və istəyirik ki, dəmir yolları məsələsində qarşılıqlı anlaşma formalaşsın. Mənim qiymətləndirməmə görə, bu gün bu konsessiya hüququnu təxminən 400 milyon dollara satmaq mümkündür. Düşünürəm ki, bu, yaxşı fürsətdir", - Paşinyan bildirib. O qeyd edib ki, Ermənistan Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır, lakin başqa ölkənin maraqlarını öz maraqlarından üstün tutmağı məntiqsiz hesab edir. Paşinyan bu gün parlamentdə hökumətin 2026-2031-ci illəri əhatə edən proqramını təqdim edərkən bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsi Ermənistan üçün beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını əldən vermək riski yaradır. Geri qayıt |