Əsas Səhifə > Cəmiyyət / Manşet > Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR...
Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR...Bu gün, 12:32 |
Bakıda tarixi abidələrin YERLƏ-YEKSAN OLUNMASI prosesi davam edir.
"DİA-AZ" xəbər verir ki, bu barədə sakinlər həyəcan təbili çalır və əlaqədar qurum və şəxsləri təcili müdaxilə etməyə, baş verənləri durdurmağa səsləyir.
Təzəpir məscidi və "Nizami" metro stansiyası ətrafında söküntü işləri ilə bağlı rəsmi məlumatlarda deyilir ki, ərazidə memarlıq abidəsi olmayan, lakin tarixi dəyəri olan binaların da saxlanılması nəzərdə tutulur.
"Bəs bu binanın tarixi dəyəri yoxdur? Onu niyə sökmək istəyirlər?" deyə sual edən sakinlər aşağıdakı fotoları təqdim edirlər:
Binanın sakini yazır ki, tikilinin üzərində inşa tarixini bildirən lövhə ("1876") var idi. Söküntü söhbəti ortaya çıxan kimi lövhə gecə ilə gizlin çıxarıldı: "İkimərtəbəli binanın hər otağından digərinə qapı var. Divarların qalınlığı 80 sm-dir. Zəlzələ vaxtı binada nə titrəyiş hiss olunur, nə də divarlarda çat var".
Sakinin sözlərinə görə, bu binanı şamaxılı ipək taciri Əbdül Kərim ağa tikdirib, nəticəsi burada yaşayır. Qeyd edək ki, tarixi əhəmiyyəti olan bina Murtuza Muxtarov küçəsində yerləşir...
Məsələ diqqətimizdədir...
Geri qayıt |