Əsas Səhifə > Cəmiyyət / Manşet > Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDUBu gün, 12:01 |
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov bəzi işçiləri vəzifəsindən azad edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb. Belə ki, başçının əmrinə əsasən, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mirzəyeva Sona Bəhlul qızı vəzifəsindən azad olunub. Onun yerinə Əsgərov Suliddin Yavər oğlu təyin olunub. S.Əsgərov əvvəllər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Ə.Əzizovun digər əmrilə RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Balaxanov Nicat Vasif oğlu və Əliyev Cabir Nadir oğlu vəzifələrindən azad ediliblər. Həmin şöbəyə İsrəfilzadə Vaqif İlyas oğlu yeni baş məsləhətçi təyin olunub. Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Abbasov Rauf Bayram oğlu da vəzifəsindən azad olunub. Bir müddətdir müdiri də olmayan həmin şöbədə təkcə bir işçi qalıb, o da aparıcı məsləhətçi vəzifəsində çalışan Abdullayev Nicat Nadir oğludur. Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır. Geri qayıt |