Əsas Səhifə > Cəmiyyət > Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edibDünən, 12:48 |
![]() O, barəsində qərar çıxarılarkən Konstitusiya Məhkəməsinin 1999-cu və 2022-ci il tarixli Qərarlarının tələblərinin pozulması halına qiymət verilməsini xahiş edib Azərbaycan Avropa Hərəkatının sədri, müstəqil bloger, ictimai xadim Ramin Hacılı saxlanıldığı Cəzaçəkmə Müəssəsindən Konstitusiya Məhkəməsinə müraciət edərək ona qarşı şikayətçi və ya zərərçəkmiş qismində heç kim tanınmadığı halda barəsində cəza təyin edilməsinə və mütəşəkkil dəstənin tərkibində göstərilməsinə baxmayaraq, həmin dəstənin üzvlərinin qeyd edilməməsinə hüquqi qiymət verilməsini xahiş edib. Qaynarinfo-nun məlumatına görə, R.Hacılı etdiyi müraciətdə bildirib ki: ”Ali Məhkəmə Cinayət Kollegiyası tərəfindən barəmdə qəbul edilmiş 28.06.2024-cü il tarixli qərarda irəli sürülmüş ittihama görə mən qeyriləri ilə mütəşəkkil dəstə tərkibində birləşərək cinayətlər törətmişəm. Lakin həmin dəstənin üzvləri və fəaliyyətləri göstərilməyib. Bu hal isə Konstitusiya Məhkəməsinin "CM-də nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” 20 aprel 1999-cu il tarixli Qərarı ilə tamamilə ziddiyyət təşkil edir. Həmçinin məhkum olunduğu cinayət işinə görə üzərində CM-nin 178.3.1-ci maddəsinin olmasınına baxmayaraq mənə münasibətdə zərərçəkmiş və ya şikayətçi şəxs(lər)in kimliyinin müəyyən edilməyib. Bu hal da Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarının tələblərinin pozulmasıdır. Bütün bunların nəticəsində mən vətəndaş kimi CM-nin 73-1-ci maddəsi ilə verilmiş hüquqlarımdan istifadə edə bilmirəm. Qeyd etdiyim səbəblərə görə və barəmdə çıxarılmış məhkəmə qərarı Konstitusiya Məhkəməsinin Qərarları ilə ziddiyyət təşkil etdiyi üçün qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm”. Geri qayıt |