Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı Apelasiya Məhkəməsində ikitirəlik və qarşıdurma

Bakı Apelasiya Məhkəməsində ikitirəlik və qarşıdurma


12-02-2014, 12:03
Bakı Apelasiya Məhkəməsində ikitirəlik və qarşıdurma
Bakı Apellasiya Məhkəməsində ikitirəlik və məhkəmə sədri İman Nağıyevə qarşı bir qrup hakimin narazılığı artıq böyüyərək məhkəmə binasının divarları xaricinə çıxır. Buna səbəb isə Bakı Apellasiya Məhkəməsinin sədri İman Nağıyevin özünə bir qrup hakimi yaxın tutaraq digər hakimlərə qarşı yad münasibət sərgiləməsidir. Bu barədə daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelasiya Məhkəməsində bəzi hakimlərin narazılığı haqqında məlumat vermişdik. Həmin məlumatda göstərilirdi ki, Bakı Apelasiya Məhkəməsinin sədri İman Nağıyev qurumda özünə yaxın şəxslərlə işləməklə bərabər, həmdə elə bir sistem yaradıb ki, heç kəs bu sistemdən kənar hansısa bir iş görə bilmir.

Daxil olan məlumatda göstərilirdi ki, 2013-cü ildə Bakı Apelasiya Məhkəməsinə 8000-ə yaxın iş daxil olub və bu işlərin təxminən 2000-i qanun, tapşırıq, xahiş çərçivəsində yerinə yetirilsədə, yerdə qalan 6000 min iş hakimlər tərəfindən “hesabı” alınaraq yoluna qoyulub. Xəbərdə həmçinin qeyd olunurdu ki, hakimlər əldə etdiyi gəlirin 30 faizini isə məhkəmə sədrinə verir. Bundan başqa İman Nağıyev əldə etdiyi gəlirlərlə öz şəxsi biznesinidə qurması və sədrin tez tez Şimal bölgəsinə “istirahətə” getməsini, eyni zamnada şəxsi sürücüsünü müəmmalı şəkildə tez tez dəyişdirməsi ilə bağlıda məlumatlar xəbərdə yer almışdı.

Bakı Apellasiya Məhkəməsinin sədri ilə bağlı redaksiyamıza yeni daxil olan məlumatda isə bildirilir ki, İman Nağıyevə yaxın olan hakimlərlə sədrdən ögey münasibət göstərən hakimlər arasında qarşıdurma və qarşılıqlı inamsızlıq pik həddə çatıb. Qarşıdurmanın əsas səblərindən biri isə İman Nağıyevin bir qrup hakimə "yağlı işləri" verməsi, bir qrup hakimləri isə "suxoy payokda" saxlamasıdır.

Məlumat göndərən mənbə bildirir ki, Bakı Apelasiya Məhkəməsinin Mülkü Kollegiyasında hakim işləyən Natiq Abbasov, Azad İmanov, Məmməd Məmmədov, Cinayət Kollegiyasında sadr əvəzi Rizvan Səfərov, Vuqar Məmmədov İman Nağıyevə yaxınlığı ilə seçilən hakimlərdir. Bildirilir ki, İman Nağıyev "yağlı işləri" məhz bu hakimlərə verir və bu hakimlərin əli ilə bütün "kirli işləri" həyata keçirir.

Məlumata əsasən Bakı Apellasiya Məhkəməsində İman Nağıyevin bütün işlərin həyata keçirən ən yaxın şəxs isə qurumda Kadrlar üzrə Məsləhətçi vəzifəsində çalışan Qərib Soltanovdur. Mənbə bildirir ki, sədr bütün təlimatlarını, göstərişlərini və həyata keçirdiyi sifarişli işləri məhz Qərib Soltanovun vasitəsi həyata keçirir. Belə ki, Qərib Soltanov Bakı Apellasiya Məhkəməsinin boz kardinalı olaraq tanınır və məhkəmədə ikitirəliyin yaranmasında bu şəxsin müstəsna rolu var. Çünki Qərib Soltanov necə deyərlər "çörəyi" özünün bir neçə yaxınına verir və digər hakimləri "oyundan kənar vəziyyətdə" saxlayır. Kənarda saxlanılan hakimlər öz etirazlarını İman Nağıyevə çatdırsalarda, Bakı Apellasiya Məhkəməsinin sədri həmin hakimlərin xahişlərini nəzərə almır. Bi isə sonucda Bakı Apellasiya Məhkəməsində ikitirəliyin yaranmasına və məhkəmə sədrinə qarşı üsyan səslərinin yaranmasına səbəb olur.

Qeyd olunur ki, İman Nağıyevin "sevimli hakimlərindən" bir çoxunun səlahiyət müddəti başa çatsa da, məhkəmə sədri əsas işləri qeyri-qanuni olaraq həmin hakimlərə tapşırır.

Məlumatda qeyd olunur ki, Bakı Apellasiya Məhkəməsinin asi hakimləri narazılıqlarını Prezident Adminstrasiyasına, Ədliyyə nazirinə ünvanladıqları şikayət məktubunda dilə gətiriblər. Həmin şikayətlər isə araşdırılıb və yaxın zamanda İman Nağıyevin "sevimli hakimlərindən" bəzilərinin vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi və eyni zamanda səlahiyyət müddəti bitmiş hakimlərin qanunsuz səlahiyyətlərinə son verilməsi istisna olunmur. Bakı Apellasiya Məhkəməsinidə yarànan acınacaqlı vəziyyətin isə Ədliyyə Nazirliyində müzakirə olunacağı gözlənilir.

Daxil olan məlumatda o da qeyd olunur ki, İman Nağıyevin keçmiş sürücüsünün hansı bir “məsələ” ilə bağlı saxlanılıb və sonradan İman Nağıyevin birbaşa müdaxiləsindən sərbəst buraxılıb. Mənbə bildirir ki, məhkəmə sədri keçmiş sürücünün həbsindən çox həyacanlanıb.

Qarşı tərəfində mövqeyini verməyə hazırıq...

pia.az

Geri qayıt