Əsas Səhifə > Cəmiyyət / Manşet > Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu16-07-2020, 12:00 |
![]() Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq. Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir. ![]() Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində çalışıb. 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub. Rus, türk, ingilis və fransız dillərini bilir. Ailəlidir. Geri qayıt |