Əsas Səhifə > Cəmiyyət, Manşet > "World Telecom"-dan kreditlə telefon alarkən diqqətli olun

"World Telecom"-dan kreditlə telefon alarkən diqqətli olun


25-04-2020, 12:53
"World Telecom"-dan kreditlə telefon alarkən diqqətli olun
Vətəndaş Məmmədov Pərviz Şəkət oğlu saytımıza "World Telecom"-un Neftçilər filialından şikayət edib. Şikayətçi bildirib ki, avqustun 30-u 2019-cu il tarixində "World Telecom"-un Neftçilər filialından "Samsung A30" model telefonu kreditə götürəndə heç bir problem yaşamasa da, sonralar vətəndaşın ciddi narazılığına səbəb olan problemlər yaranıb.

"World Telecom"-dan kreditə telefon götürən Məmmədov Pərviz narazılığını belə ifadə edir ki, müştəri olaraq ona qarşı edilən səhlənkarlıq və məsuliyyətsizlik müştəridə dözümsüzlük yaradıb və vaxt itkisinə səbəb olub. Pərviz Məmmədov sayta açıqlamasında bildirir:

"Telefonu kreditə götürdükdən sonra 7-10 gün ərzində Nikoil bankın neftçilər filialında onlayn aylıq ödənişlərimi etmək üçün hesab açmalı idim.(mənə verilən məllumata əsasən).

Nikoil banka birinci dəfə yaxınlaşanda iki saat növbə gözləməli oldum. Sonda təcili işim çıxdığı üçün bankdan getməli oldum. Növbəti dəfə təxminən telefonu aldığım gündən 15 gün sonra yenidən banka getdim.

Mənə "World telecom" tərəfindən sorğu daxil olmadığını dedilər. Yenidən "World telekom"a yaxınlaşdım və mənə sentyabrın 15-dən qaydaların dəyişdiyini və hesab kodunu özləri göndərəcəklərini dedilər.

Ayın sonuna yaxın Rabitə bankın Mərkəz filialından zəng gəldi. Mənə dedilər ki, ayın 30-u banka yaxınlaşın, yoxsa gecikməyə düşəcəksiz. Həmin gün mənim işim olsaydı, problem yaranacaqdı. Anlamırdım ki, Nikoil banka müraciət etmişdik, niyə mənə Rabitə bank zəng edib? Soruşanda dedilər ki, bu iş bizə yönləndirilib. Bir ay ərzində cəmi bir gün müddət verdilər. Zəng edib şikayət bildirdim, ciddi dəyişiklik olmadı. Və mən çətinliklə olsa da, bankda hesab açdım".

Vətəndaş Pərviz Məmmədov əsas günahkar kimi "World telecom"u göstərir. Deyir ki, müştəri haqqında məlumatları vaxtında banka göndərilməməsi işin bir ay yubadılmasına gətirib çıxardıb. Bu da təbii olaraq müştərinin narazılığına səbəb olub. Problem gec həll olunsa da, Pərviz Məmmədov istəmir ki, bu cür neqativ hallarla nə özü, nə də başqası qarşılaşsın.

P.S. Məsələ ilə bağlı "World Telecom"-un Neftçilər filialı ilə əlaqə saxlamağa çalışsaqda, bizə heç bir açıqlama vermədilər. Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq./xeberim

Geri qayıt