Əsas Səhifə > Cəmiyyət, Manşet > Süleyman Mikayılov ən çox narazılıq yaradan başçı kimi tanınır...

Süleyman Mikayılov ən çox narazılıq yaradan başçı kimi tanınır...


7-07-2018, 15:12
Süleyman Mikayılov ən çox narazılıq yaradan başçı kimi tanınır...
DİA.AZ: - Gəncənin icra başçısına qarşı törədilən terror aktından sonra ən çox düşündürən suallardan biri də rayonlarımıza rəhbərlik edən şəxslərin özləri barəsində yaratdıqları rəylərdir. Hər halda bu gün Elmar Vəliyevə qarşı qəsdə birmənalı reaksiyaların olmaması, hətta bu hadisəyə - öz millətindən birisinin güllələnməsinə sevinənlərin də tapılması belə deməyə əsas yaradır ki, icra başçıları artıq ən azından bundan sonra davranışlarına, əhali ilə münasibətlərində etik qaydalara əməl etmələrinə diqqətli olmaq zorundadırlar.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, artıq "yuxarılar" yerlərdə narazılıq yaradan RİH rəhbərlərinin siyahısını hazırlamaq barədə tapşırıq veriblər: "Burada məqsəd növbəti kadr islahatları zamanı məhz bu kriteriya üzrə daha çox qərarların verilməsidir. Çünki xalqda özləri barəsində mənfi rəy yaradan icra başçıları haqqında ölçü götürülməzsə, bu daha ağır fəsadlara gətirib çıxara bilər. Doğrudur, Elmar Vəliyev bir xain planın hədəfi olub. Amma onun başına gələnlərə verilən reaksiyalar kifayət qədər düşündürücüdür".

dia-az.life xatırladır ki, bu günlərdə daha çox narazılıq yaradan icra başçılarının ilk beşliyini təqdim etmişdik. Həmin sıralamada, Elmar Vəliyevin adı həqiqiətən də 1-ci yerdə gəlirdi. Sonrakı yerlərdə isə Qaradağın icra başçısı Süleyman Mikayılovun, Şamaxının icra başçısı Asif Ağayevin, Astaranın icra başçısı Qəzənfər Ağayevin və Masallının icra başçısı Rafil Hüseynovun adları çəkilirdi.

İndi isə görünəni budur ki, "yuxarılar" növbəti kadr islahatı zamanı məhz bu rayonların rəhbərlərini çıxdaş etməklə ictimai rəyə yönəlik siyasəti davam etdirəcəklər. Bunu dia-az.life-a danışan mənbə də bildirir bə qeyd edir ki, məhz daha çox narazılıq yaradanlara qarşı sərt addımlar atılacaq: "Proses yaxın vaxtlarda start götürəcək".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt