Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi

Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi


10-03-2017, 10:16
Gömrük əməkdaşı qaçaqmalçılığa görə həbs edildi
Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanında keçirdiyi əməliyyatda Dövlət Gömrük Xidmətinin zabiti həbs edilib. Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi xəbərdə qeyd olunur ki, əməliyyat 2 gün əvvəl baş tutub. 2 kiloqram qızılı belinə bağlayan gömçrük zabiti elə hava limanındaca qandallanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məlumatda həbs edilən gömrükçünün Milli Məclis üzvlərindən birinin yaxın qohumu olduğu da qeyd olunur.
Xəbərlə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin və Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da hər iki qurumun mətbuaxt xidmətləri ilə danışmaq cəhdimiz baş tutmadı.
Gün ərzində adıçəkilən qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Geri qayıt