Əsas Səhifə > Cəmiyyət, Manşet > "Sizin müfəttişləriniz fəhlələrin deyil, şirkətlərin vəkilidir"

"Sizin müfəttişləriniz fəhlələrin deyil, şirkətlərin vəkilidir"


11-07-2016, 10:37
"Sizin müfəttişləriniz fəhlələrin deyil, şirkətlərin vəkilidir"
Miq.az-ın redaksiyasına Muxtarov Ismayıl Arif oğlu tərəfindən daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova!

Hörmətli Səlim müəllim! Mən artıq 10 aya yaxındır kı, sizin rəhbərliyiniz altında çalışan əmək müfəttişliyinə müraciət etməkdən yorulmuşam. Qəbulunuza yazılmaq istədim. Amma buna nə qədər cəhd etsəm də, Bayram müəllim deyilən şəxs buna mane oldu və mənim sizinlə görüşümüzə əngəl törətdi. Bütün bunları nəzərəalıb sizə Miq.az saytı vasitəsilə müraciət etmək qərarına gəlib fikirlərimi sizə çatdırmaq istəyirəm:

"Mən 04.08.2015 tarixində "Azfen” şirkətində çalışarkən iş sahəsində vəzifəmi yerinə yetirərkən infarkt keçirtdim. Ezamiyyətdə olarkən nə qədər yazsam da, çapalasam da mənə sizin müfəttişin əməkdaşları Akt vermədi. Aktım olmadığı üçün mənə 2-ci qrup əlillik təyin olunanda əmək qabiliyətinin itirilmə faizi qanuna əsasən təyin olunmadı. Bu təyin olunmadığından mən sığortamı ala bilmədim. 2-ci qrup olan kimi "Azfen” sirkətinin kadr rəisi Aidə xanım işdən ərizə yazıb çıxmaqla məni təhdid etdi. Mən Ombudsmana muraciət etdim.

Mənə yenə onlara görə rayonda iş təklif olundu. İş yeri yenə rayonda , ayda 2 gün istirahət günü, 28 gün 12 saat işləmək tam qanunla əlilə yaraşan işdir? Maddi imkansızlıqdan işi qəbul etdim. İşə getmək istərkən halım pisləşdi. Xəstəxanaya muraciət etdim. Bundan istifadə edən Aidə xanım mənə xəbərdarlıq etmədən məni işdən azad etdi. Prezident Adminstrasiyasına- Hörmətli deputatım Mehriban xanımın qəbuluna getdim. Ombudsmana huquqlarımın pozulması haqqında müraciət etdim. Bütün şikayətlərim əmək müfəttişliyinə göndərildi.

Hörmətli Səlim müəllim! Mən 1992-ci ildə Qarabağ müharibəsində heç nə ummadan Vətənim üçün iştirak etmişəm. Oğlum hərbiçidir. Sizin müfəttişləriniz fəhlələrin deyil, şirkətlərin vəkilidir. Ərizəmi araşdıran İntiqam müəllim telefonda işimlə maraqlanarkən şirkəti mudafiə edib mənə akt verməyəcəyini bildirdi. Ərizəmi araşdırıb məni cavablandıran İlkin Həsənov mənim xəstəliyimin ümumi xəstəlik yazıldığından həyat sığortanın mənə düşməyəcəyini yazdı. Səlim müəllim , müfəttişlər ərizələri araşdırarkən bumeranqdan istifadə edir . Nə yazıramsa ... Indi gəldim sona… 30 ilə yaxın iş stajım olsa da, 146 manat pensiya təyin olunub. Ümidim qalıb məhkəməyə… Onu da bilirəm ki, bürokratik əngəllər ucbatından məhkəmədə uduzacam. Əgər məhkəməni udsam, mən əməliyyata gecikmişəm, yaşamağıma ümidim azdı. Mənə çatan vəsaiti MN fonduna keçirəcəyəm.

Geri qayıt