Əsas Səhifə > Cəmiyyət, Manşet > Sement mafiyası hansı böyük əllərə güvənir?

Sement mafiyası hansı böyük əllərə güvənir?


7-07-2016, 12:55
Sement mafiyası hansı böyük əllərə güvənir?
“Məhkəmə qərarı boş şeydi. Az qalıb, ayın 5-də Apellyasiya məhkəməsində onu da ləğv etdirəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik”. Bunu barəsində məhkəmə qərardadı ilə “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunduğu Anar Ağayev deyib. A.Ağayevin sözlərinə görə, 1 Saylı Bakı Məhkəməsinin qərardadı müvəqqətidir, ondan şikayət verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq və razılıq alınıb ki, A.Ağayevin şikayəti təmin olunacaq.
Qeyd edək ki, saxta istehsal olan “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunmasına dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərardad qəbul edib.
Saxta sementi istehsal edən və satışa çıxaran Qaradağ rayonunda yerləşən “Qaradağ EZ Speak” MMC-ni sahibi Anar Ağayevdir. Saxta sement kisələrinin istehsalçısı isə Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərən “Məişət Malları” ASC-dir. Məhkəmənin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı Anar Ağayevə, «Məişət Malları» ASC-yə, bütün topdan və pərakəndə satışa məsul şəxslərə qadağan edilib.
Mətbuatda yayılan məlumatlara görə, məhkəmə qərardadının icrasına başlanılıb. Ağayev Anar Gülağa oğluna Cinayət Məcəlləsinin 303 və 306-cı maddələrinə əsasən xəbərdarlıq edilərək ondan iltizam alınıb.
Lakin A.Ağayev sement satıcılarını və şəriklərini arxayınlaşdırıb ki, qərardadın ləğvinə nail olmaq üşün Bakı Apellyasiya Məhkəməsi ilə razılaşıb, qadağanı ləğv etdirəcək.

Yayılan məlumatlarda qanunsuz sement istehsalı ilə məşğul olan A.Ağayevin vergilərdən yayınması, qanunsuz satışla külli miqdarda sərvət topladığı bildirilir. Görünür, qanunsuz sement istehsalından toplanan böyük pullar onu hətta, məhkəməyə “meydan oxumağa” sövq edir.Son məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim E.Nağıyevanın sədrlyi ilə iyulun 5-də keçirilən iclas 1 həftəlik təxirə salınıb. Bundan sonra A.Ağayev saxta sement şəriklərini və “distributorlarını” bir yerə yığaraq onları arxayın edib ki, iyulun 12-də məsələ onun xeyrinə bitəcək.
A.Ağayev saxta sement istehsalını və satışını artırmağı tapşırıb. Məlumata görə, A.Ağayev “Laçın-1” firmasının (qanunsuz “AZBETON”un istehsalçısı) sahibi Anar Məlikovla bir araya gələrək saxta sement bazarını birgə yönəltməyi razılaşıblar. Hələ bir müddət əvvəl Anar Məlikovun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yetkili şəxslərlə anlaşaraq “Laçın-1” firmasının saxta sement istehsalına razılıq aldığı barədə məlumat yayılmışdı. “Qaradağ EZ SPEAK”ın sahibi Anar Ağayevin isə İqtisadiyyat Nazirliyində yüksək vəzifəli himayədarının olduğu deyilir. Hər iki istehsalçı saxta sementin bölgələrdə eyni bazarda satılmasını qərarlaşıbar. Bu planı gerçəkləşdirmək üçün bölgələr üzrə “distibutorlar” da müəyyənləşdirilib.
Şəki, Zaqatala, Balakən, Qax bölgəsi üzrə distribütor Yusif, Şimal rayonları üzrə Mais, Beyləqan-Fizuli-Ağcabədi rayonları üzrə Ələkbər, cənub bölgəsi üzrə Hacı Azadla razılıq əldə olunub. Qeyd edək ki, Hacı Azad Lənkəran rayonu Xəzər bələdiyyəsi sədrinin qardaşıdır. Ümumiyyətlə, bütün rayonlarda saxta sementin satışını təşkil etmək üçün yerli məmurlarla “razılaşma” əldə olunması qarşıya məqsəd kimi qoyulub.

Dünəndən saxta “QARADAĞ AA” və “AZBETON” sementinin yeni satışlarına başlanıb. Saxta sement istehsalçılarının razılığına görə, bütün rayonların inşaat bazarında malları eyni dükanlarda satılır. Dükanların və satıcıların siyahısı da istehsalçılar tərəfindən razılaşdırılıb:
Salyan rayonu taxta bazarı tikinti materiallari dükanında Rövşən, Neftcala rayonu Qarabucaq kəndində Elməddin Agaverdiyev, Xolqarabucaq kəndində Fikrət, Neftçala şəhərində YDM yanında Nazim Soltanovun dükanında, Şirvan şəhərinin girişində Nofəlin dükanında, Sabirabad rayonu Qruzma yolunda Muradxan ve Zulfəlinin dükanında, Xacmaz rayonu Niyazabad yolunda İlhamın tikinti materialları magazası, Xaçmaz-Quba yolunda Fərmanın dükanı, Xaçmaz-Bakı yolunun üstündə Raminin mağazasında, Xəzər (STP) ticarət mərkəzində İlqar, “Azpetrol” YDM-in yanında Elşənin dükanında, Quba yolunda tikinti materialları magazaları cərgəsində Həbib, Ramal, Nizami, Araz və Nohbalanın dükanlarında, Mursudoba kəndində Eminin dükanında, Xaçmaz-Qusarçay yolu Nahidə məxsus “Kristal Inşaat”, Xaçmaz bazarının arxasında Telmana məxsus “HAYAT INŞAAT”, Ağcabədidə Hindarx yolu (4yol) ərzaq və yem dükanlarında (Haciyev Osman və Hacıyev Qiyas), Bərdə şəhərində Xasaya məxsus “Polad inşaat”da, Lənkəran şəhərində “Abidə inşaat”da Fərid, “Modern İnşaat”da Haci Aqil, İlhamın dükanında, Ləvəngi dairəsində Hamletin dükanında, Beyləqan rayonu Daşburun qəsəbəsində dairənin yanında Qismət, Miri, Əvəz, Mehdi, Elşad,Fizuli rayonu Bala Bəhmənli kəndində Sirac Tagıyev və Qopalın dükanlarında, Zərdab rayonunda Şükranın dükanında, Göyçay şəhəri mərkəzi xəstəxananın yanında Bəxtiyar, Potu yolunda Şirzadın dükanlarında, Qax şəhərində Sahibin dükanında, Şəki şəhərində Taleh, İlqar Şərifov, Cümşüd, Oğuz şəhərində Vaqif Ələkbərovun dükanı, Zaqatala şəhərində bazar yolunda İlqar, Elçin, Arifin dükanlarında, Balakən bazarının yanında Ceyhun Qanzayev, Firuz, Ramazanın düklanlarında saxta sementin satışı davam edir. Razılaşmaya görə, Anar Ağayev və "Laçın-1" bu dükanlarda satışa birgə nəzarət edəcək.

Geri qayıt