Əsas Səhifə > Cəmiyyət, Manşet > Dilqəmdən dəhşətli məktub:
Dilqəmdən dəhşətli məktub:5-07-2016, 10:45 |
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib. Bu barədə AzVision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Oğlunun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var: “Atamın ayaqları tutulub, başında, belində, ürəyində ağrılar var, hərəkət edə bilmir. Ona ağrıkəsici dərman verilmir. Mən ötən dəfə məktubda yazmışdım ki, həkimə getsin, idman eləsin. Atam məktubunda mənə cavab verib ki, ağrı içində olduğundan idman edə bilmir. Atamın vəziyyəti ağırdır, ürəyi ağrıyır. Onun, ayaqları da, qolları da tutulub. Qızıl Xaç Komitəsi necə nəzarət edir? Həkimlər niyə gedib atamı müayinə etmirlər? Bu qədər haqsızlıq olmaz. Dünyada insan hüquqları deyilən bir şey var. Məktubda atamın yazdığı sözlər əvvəlcə pozulurdu. İndi isə sözləri tam silirlər. Məktubu oxumaq mümkün deyil. Biz Avropa Məhkəməsinə müraciət göndərmişdik. Guya Avropa Məhkməsi işə baxır. Bu barədə atama da məlumat vermişdik. O, bizə cavab olaraq yazıb ki, imtahandan 3 dənə “iki” almısınız. Bu bizə bir işarədir. Atam heç vaxt məktubun sonunda adını yazmırdı. Bu dəfə məktubun sonunda “Kəlbəcər rayon, Dilqəm Əsgərov” sözlərini yazıb. Hiss edirəm ki, atam məktubu yazan zaman çox əsəbləşib. Məktubun aşağısında belə sözləri yazmasının mənası isə o deməkdir ki, mən görün Kəlbəcər üçün nələr etdim, siz isə mənim üçün heç nə etmədiniz! Təkcə bu ay ərzində biz beş hökumət orqanına məktub göndərmişik. Bildirdim ki, atamın səhhəti yaxşı deyil” K.Əsgərov atasının azadlığa buraxılması üçün Türkiyə, İran, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərinə müraciət göndərdiyini deyib. “Təkcə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından müraciətimə cavab gəlib. Qeyd edilib ki, narahat olmayın, hazırda işlər davam edir. Biz bilmirik ki, bu iki il ərzində hansı işlər görülüb? İran səfirliyindən isə cavab gəldi ki, məktubumuza baxılıb. Digər səfirliklərin heç birindən icavab gəlmədi”. AzVision.az Dilqəm Əsgərovun göndərdiyi sonuncu məktubu olduğu kimi oxuculara təqdim edir: “Yazdığım məktubu iyunun axırında göndərdim. Ermənilər də sizin məktubunuzu gətirib veriblər. Hər dəfə yazırsınız ki, idman edim. Ürəyimdə, qol-qıçımda, belimdə olan ağrılar imkan vermir. Radionun dərdini Qızıl Xaç çoxdan yaxşı bilir. Kamerada tək qalıram. Radionu aparıblar. Yazırsınız ki, dünya qarışıb. Bunların hamsını yaxşı bilirəm. İnsan Hüquqları Komissiyasına görüş üçün ərizə yazın. Mənim haqqımda internetə verilən çox yazılar yalandır. Radionu geri alıblar. Görüş üçün hamınız ərizə yazın. İmtahandan aldığınız qiymətləri yaxşı bilirəm. 3 dənə iki! Babandan muğayət ol. Məktubu yaxşı oxu. Hər şeyə diqqətlə bax. Kəlbəcər Rayon Dilqəm Əsgərov!”. Geri qayıt |