Əsas Səhifə > Cəmiyyət, Manşet > "DəmirBank" maxinasiyaları
"DəmirBank" maxinasiyaları21-06-2016, 10:47 |
“ DəmirBank “ ilə bağlı qalmaqal getdikcə böyüməkdə davam edir. Söhbət , necə deyərlər , dinc danışıqlar müstəvisindən başlasa da , artıq inzibati təsirlər məcrasına yönəlməkdədir. İyunun 16-da Nərimanov Rayon Məhkəməsində məsələ ilə bağlı ilkin araşdırmalara başlanmışdır. Məhkəmənin ilk iclası keçirilmişdir. İclas zamanı bir daha məlum oldu ki, əmanətçilərini aldadan bankın rəhbərləri tərəfindən ciddi təlimatlandırılan vəkillər baş vermiş dələduzluq məsələsində bankın “ Bayıl “ filialının müdiri Fərəh Rəşadətlini günahkar bilmişlər. Qəribə məntiqdir , deməli , sənin evinin içində kimsə özbaşınalıq edəcək , sən isə buna görə heç bir məsuliyyət daşımayacaqsan . “Bank “ adı altında fəaliyyət göstərən idarənin rəhbərləri , siz bilməlisiniz ki, əgər bu evdə kiməsə yaşamağa icazə vermisinizsə , onun çıxardığı oyunlara görə məsuliyyəti də siz daşıyırsınız . Yeri gəlmişkən, Siz bu nağılları kimə danışırsınız ?! Uşağa da məlumdur ki, bank sistemində mərkəzin xəbəri olmadan , kiməsə “5 qəpik” belə vermək və ya almaq, mümkün deyil! Yenə təkrar edirik, bu mənimsəmə oyunu Sizlərin xeyir-duasıyla baş verib. Əgər “DəmirBank”ın imici Sizin üçün əzizdirsə, təcili əmanətçilərinizin pulunu qaytarın və öz sıralarınızda təmizlik işləri aparın. Əks halda, bundan sonra “DəmirBank” deyilən qurumun heç bir filialına etibar edən qalmayacaq! ( Red.: Bəlkə də artıq qalmayıb… ) Çox təəssüflər olsun ki, respublikamızın cəmiyyətin hər sahəsində böyük uğurlar qazandığı bir dövrdə neqativ hallar üçün hələ də şərait yaradılır . Belə çıxır ki, cənab “ DəmirBank “ müşahidə şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni , bankın idarə heyətinin sədri Fərid Abbasov , müxtəlif vaxtlarda “ Bayıl “ filialını yoxlayan , lazım gəldikdə müdiri əvəz edən , bu işlərlə əlaqəsi olan Oqtay Şirinov , kimsə dələduzluq edib , camaatı aldadıb asan yolla pul qazanmaq istəsə, sizinlə gəlib razılaşır . Haradasa bir filial açılır, camaatın halal pulu dələduzluqla , minbir oyunla ələ keçirilir və bir gün məlum olur ki, pullar yoxa çıxıb və heç kim də heç kimə borclu deyilmiş …. Adı çəkilən cənablar , siz bu nağılları kimə danışırsınız ?! Bank sistemində elə ciddi qayda-qanun var ki, kimsə kimi isə heç cür aldada bilməz . Baş vermiş bu olay , bilmirik , sizin bank işində diqqətsizliyinizdənmi , səriştəsizliyinizdənmi, yoxsa , qeyri- peşəkarlığınızdanmı baş verib . Əgər bu parametrlər ( çox güman ki, bu daha dəqiqdir ) düzdürsə , demək , dələduzluq oyunu da qaçılmazdır . Hər iki halda siz məsuliyyət daşıyırsınız və buna görə cavab verməlisiniz . O ki qaldı sizin , necə deyərlər, “öz eviniz”ə buraxdığınız dostdursa , kimdirsə , onunla necə hesablaşmaq lazımdır ,bax , bu artıq , sizin öz işinizdir . Çox qəribədir , cənab Rəhman Hacıyev , Fərid Abbasov , Oqtay Şirinov , onda belə çıxır ki, kimsə dələduzluq etmək istəyirsə Azərbaycana gəlsin, çünki burada belə dələduzlara sizin kimi əlverişli şərait yaradanlar var , necə ki, Fərəh Rəşadətli kimi filial açıb dələduzluq etsin. Utandırıcı nümunədir. Yoxsa , siz , Azərbaycan Respublikasının qanunlarını bu qədərmi zəif , boş , buraxılmış hesab edirsiniz ? ! Zənnimizcə , bu barədə ciddi fikirləşməyə dəyər ! Komanda üzvünüzün çıxardığı əməllərə görə məsuliyyət daşıdığınızı unutmayın . Məhkəmə prosesi davam edir. Növbəti məhkəmə prosesinin vaxtı təyin olunacaqdır. Bu barədə AZpress.AZ xəbər saytı və digər media qurumları öz oxucularına məlumat verəcəkdir . Öz tərəfimizdən həmin banka əmanətlərini etibar edib yerləşdirmək istəyənlərə diqqətli olmağı bildirmək istərdik . Bilin ki , ölkədəki qanun boşluğundan istifadə edərək dələduzluqla məşğul olanlar müxtəlif qurumlarda oturub çirkin əməllərini həyata keçirirlər . Bununla da Azərbaycan dövlətinin , dövlət başçısının yeritdiyi uğurlu inkişaf siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, gec- tez onlar qanun qarşısında cavab verəcəklər və haqq- ədalət mütləq zəfər çalacaqdır. Sonda bir daha xüsusi olaraq vurğulamaq istəyirik ki , bu işdə kimin günahkar və kimin nə oyun çıxarmasından asılı olmayaraq , vətəndaşların öz halal zəhmətləri ilə qazandıqları pullar özlərinə də qaytarılmalıdır . Əks halda bu ölkədə halallıq məfhumu boş şeydir ! Geri qayıt |