Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılya etiraz edənlərin məhkəməsi başladı

Arif Hacılya etiraz edənlərin məhkəməsi başladı


29-01-2016, 11:12
Arif Hacılya etiraz edənlərin məhkəməsi başladı
Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmədə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb. Şikayətçi tərəfin vəsatətləri təmin edilməyib.

Növbəti məhkəmə prosesi fevralın 12-ə təyin edilib.

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər.

Geri qayıt