Əsas Səhifə > Partiya, Güney Press > "Bu cavab addımı ona görə vacibdir ki"...

"Bu cavab addımı ona görə vacibdir ki"...


22-01-2016, 08:59
"Bu cavab addımı ona görə vacibdir ki"...
DİA.AZ millət vəkili Fazil Mustafanın son paylaşdığı statusu təqdim edir:

""Ədalətli Rusiya" partiyasının sədri, Rusiya Federasiyasının Federasiya Şurasının keçmiş sədri Mironov ənənəvi olaraq "Ədalətsiz Rusiya" mövqeyindən çıxış edərək mülahizə irəli sürüb ki, ilk «genosid» 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, assuriyalıların və yunanların kütləvi qətliamı olub. "Bu, kütləvi fiziki məhvetmə və qaçılmaz ölümə gətirib çıxaran deportasiya yolu ilə həyata keçirilib". Mironov bildirib ki, "bütöv bir xalqın sürətli kütləvi qirğını metodunu ilk dəfə məhz yenicə yaranmış türk hökuməti həyata keçirib ki, sonradan bu, Almaniyada nasist cinayətkarları tərəfindən öz tətbiqini tapıb."

"Bu cavab addımı ona görə vacibdir ki"...

Dünyanın ağlı başında olan hansısa ciddi tarixçisinin qəbul etmədiyi bu mülahizələri bir rus siyasətçisinin irəli sürməsinin səbəb və niyyətləri hamımıza bəlli olduğuna görə, hansısa izah verməyi artıq hesab edirəm. Bununla belə,düşünürəm ki, Türkiyə Böyük Millət Məclisinin təcili olaraq 18-19-cu əsrlərdə yüzminlərlə Qafqaz müsəlmanlarının qətlinə səbəb olmuş Rusiya tərəfindən törədilən "Çərkəz Soyqırımı"nı , SSRİ hökuməti tərəfindən törədilən Ukraynada 6 milyon insanın qətlinə səbəb olan "Qolodomor" hadisəsini və rus-erməni hərbçiləri tərəfindən törədilən "Xocalı Soyqırımı"nı (Rusiya həm də özünü SSRİ-nin varisi kimi elan edib) bəşəriyyət əleyhinə törədilmiş soyqırım aktı olaraq tanımaq barədə açıq mətndə bir qərar çıxarmalıdır. Bu cavab addımı ona görə vacibdir ki, Türkiyə Rusiyanın bu psixoloji hücumunun boşuna olduğunu, türklərin hər zaman və hər üslubda cavab vermə qüdrətinə sahib olduğunu addımbaşı göstəsin. Rusiyada "yalançı erməni soyqırımı" ilə qəbul ediləcək bağlı hər hansı qərar, həm də biz Azərbaycan türklərinə qarşı atılan bir addım olduğuna görə, heç tərəddüdsüz bizlər də buna ciddi reaksiya verməliyik."

Geri qayıt