Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilər danışığa gəlməsə, Azərbaycan Ordusu tədricən irəliləyəcək”
"Ermənilər danışığa gəlməsə, Azərbaycan Ordusu tədricən irəliləyəcək”31-03-2023, 09:01 |
"Azərbaycan Ordusunun Laçın istiqamətində müəyyən yüksəklikləri nəzarətə götürməsi sözsüz ki, hərbi baxımdan müsbət hadisədir və bunun nəticələri olacaq". DİA.AZ bildirir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsindən danışarkən deyib. Hərbi ekspert bildirib ki, bundan əvvəl götürülən yüksəkliklər - Sarıbaba və Fərrux da strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu, böyük ərazilərə nəzarət üçündür. "Dünən axşamdan ordumuz Laçın istiqamətində bəzi yüksəkliklərə nəzarəti ələ alıb. Bu, taktiki addımdır və konkret istiqamətdə həyata keçirilən əməliyyatdır. Sözsüz ki, bunlar bizim üçün vacib yüksəkliklərdir", - A. İsazadə əlavə edib. Ekspertin ehtimalına görə, bu addımla Azərbaycan həm də mümkün alternativ Gorus-Xankəndi yollarının qarşısını alır: "Bu da vacib məqamdır. Düşünürəm ki, bundan sonra separatçılar alternativ yollar haqqında düşünəcək, təzə yollar aramalı olacaqlar. Azərbaycan Ordusu da bunları müəyyən edərək qarşısını alacaq. Belə əməliyyatlar separatçıların əl-qolunu getdikcə bağlayır". Son əməliyyatın nəticələrinə toxunan A. İsazadənin fikrincə, Qarabağdakı ermənilər ya Azərbaycanla danışıq masasına gələcək, məsələlər sivil şəkildə, ölkə qanunları çərçivəsində həllini tapacaq, ya da Azərbaycan Ordusu tədricən irəliləyəcək. Geri qayıt |