Əsas Səhifə > Partiya, Güney Press > Müsavatın Milli Şuradan çıxması haqda bəyanat gün ərzində veriləcək
Müsavatın Milli Şuradan çıxması haqda bəyanat gün ərzində veriləcək7-01-2014, 12:15 |
Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasını tərk edib. Müsavat başqanının müavini Mehman Cavadoğlu yanvarın 7-də “Media forum” saytına açıqlamasında deyib ki, qərar partiya Divanının yanvarın 6-da keçirilən iclasında qəbul edilib: “Müsavatın Milli Şuradan çıxması haqda bəyanatı olacaq və orada bu addımın səbəbləri, arqumentləri açıqlanacaq. Bəyanat gün ərzində yayılacaq”. Müsavat Partiyasını 2013-cü ilin iyun ayında yaradılmış Milli Şurada bu şəxslər təmsil edib: İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Elxan Mehdiyev, Gülağa Aslanlı, İkram İsrafil, Qubad İbadoğlu, Mehman Cavadoğlu, Mustafa Hacıbəyli, Novella Cəfəroğlu, Osman Kazımov, Səxavət Soltanlı, Tofiq Hüseynov, Tofiq Yaqublu, Tural Abbaslı, Vəfa Cümşüdlü, Vurğun Əyyub. Geri qayıt |