Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbərin müşavirinədn AXCP-yə ağır ittiham

İsa Qəmbərin müşavirinədn AXCP-yə ağır ittiham


6-01-2014, 14:34
İsa Qəmbərin müşavirinədn AXCP-yə ağır ittiham
«AXCP-nin bəzi funksionerləri Müsavat başqanı İsa Qəmbərin siyasi səhnədən getməsi və Əli Kərimlinin birləşmiş partiyanın lideri olması istiqamətində çalışırlar».

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

Qeyd edək ki, Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında keçirilən görüşdə yenidən AXCP sədri Əli Kərimli iki partiyanın bir partiyada birləşməsini məqbul sayıb.

S.Əlisoy isə bildirib ki, bəzi AXCP funksionerləri birləşmə təklifini Müsavat başqanı İsa Qəmbərə qarşı yönəldirlər: «AXCP son qurultayında da Müsavat Partiyası ilə birləşməyi birmənalı şəkildə ortaya qoydu. Burada söhbət təkcə birləşməkdən getmir. AXCP-nin bəzi funksionerləri bu birləşməni Müsavat başqanına qarşı yönəltmək istəyirlər. Yəni, Müsavat başqanı İsa Qəmbər iki dönəm başqan seçilə bilmədiyinə görə, birləşmiş partiyanın lideri Əli Kərimlinin olması istiqamətində səy göstərirlər. Onlar Müsavat başqanını siyasi proseslərdən kənarda qoymaq iddiasındadırlar. Bu, böyük bir səhvdir. Təbii ki, bu da Müsavat Partiyasında narazılıq yaradıb».

S.Əlisoy bildirib ki, hazırda Müsavat və AXCP arasında gərginliyin artmasında bəzi funksionerlər katalizator rolunu oynayırlar.

Geri qayıt