Əsas Səhifə > Partiya, Güney Press > "Oktay Əsədov məndən soruşdu ki, sən Fazil Məmmədovun adamı deyilsən?"
"Oktay Əsədov məndən soruşdu ki, sən Fazil Məmmədovun adamı deyilsən?"31-05-2022, 15:24 |
Keçmiş millət vəkili, iqtisadçı-alim Nazim Bəydəmirli Feysbuk hesabında maraqlı paylaşım edib. DİA.AZ mətni olduğu kimi təqdim edir: “Deməli, 2006-cı il idi, yeni deputat idim, Zəyəm çayından Tovuza su çəkmək üçün Yanıqlı kəndinin yuxarısında su anbarı tikilirdi. Baxdım ki, köhnə, istifadə olunmuş qaz borularını töküblər istifadə etmək üçün. Yanımda Simurq TV (indiki Tovuz Tv, Türkel TV) icraçı direktoru Namik Isayev və çəkiliş qrupu var idi. Dedim çəkin, müsahibə verdim, ANS-dən xahiş etdim ki, onlar da xəbər etdilər. Aləm dəydi bir birinə, sabahısı gün MM Katibliyinin rəisi zəng edir ki, cənab sədr Oktay Əsədov səni görmək istəyir. Elə o görüşdən sonra onunla ulduzumuz heç vaxt barışmadı, sədrə də izah etdim ki, içərisindən qaz keçmiş boruları içməli su xətlərində istifadə etmək qəti olmaz, kütləvi zəhərlənmə olar. Boruları yığışdırdılar, yeni borular gətirdilər, əvvəl məndən qorxurdular ki, prezidentə də bu məsələləri çatdıraram. Bir kuryoz da o oldu ki, Oktay Əsədov məndən soruşdu ki, sən Fazil Məmmədovun adamı deyilsən? Dedim xeyr, mən prezidentin "adamıyam". Geri qayıt |