Əsas Səhifə > Partiya > YAP-DAN BAHALAŞMAYA REAKSİYA

YAP-DAN BAHALAŞMAYA REAKSİYA


3-12-2013, 12:03
YAP-DAN BAHALAŞMAYA REAKSİYA
“Bugünkü rəqəmlərə əsasən, Avropa ölkələrində benzin qiymətləri müxtəlif istiqamətlərdə dəyişir. Neftin qiymətinin enməsi və qalxması əlbəttə ki, yanacağın da qiymətlərinə təsir edir”. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan Tariş Şurası 2014-cü ilin yanvar ayının 1-dən benzin və dizelin qiymətinə dəyişiklik etməsinə baxmayaraq, yenidən Avropada ən ucuz benzin və dizel Azərbaycanda olacaq: “Son rəqəmlərə görə, Norveçdə Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 2,6 dollar təşkil edir. İkinci yerdə İtaliya qərarlaşır. Bu ölkədə 1 litr benzinin qiyməti 2,47 dollardır. Üçüncü pillədə isə Hollandiya yer alır. Burada isə 1 litr benzinin qiyməti 2,46 dollar təşkil edir. Dizel yanacağının qiymətlərinə gəldikdə isə ilk üçlüyə Norveç, İsveç və İtaliya daxildir. Norveçdə dizel yanacağının 1 litri 2,33 dollar, İsveçdə 2,32 dollar, İtaliyada isə 2,31 dollardır. Ən ucuz benzinin satıldığı iddia edilən Rusiyada Aİ-95 markalı benzinin 1 litri 1,05 dollar, Qazaxıstanda 0,98 dollar, Belarusda isə 0,93 dollardır. Ona görə də, bu gün ən ucuz yanacaq Azərbaycanda olduğu kimi, artımdan sonra da Avropada ən ucuz benzin və dizel ölkəmizdə olacaq”.

Aydın Hüseynov bildirib ki, bu ilin 6 ayı ərzində Avropada benzin qiymətlərində ən çox artım Norveç, Bolqarıstan və Finlandiyada müşahidə olunub: “Bu ölkələrdə benzin ilin əvvəlindən 2% artıb. Avropanın bəzi ölkələrində dizel yanacağı benzindən daha baha olub. Dizel yanacağının benzindən daha baha olması Böyük Britaniya, Ruminya və Bolqarıstanda müşahidə edilib. Təsadüfi deyil ki, dünyada benzinin ən baha satıldığı ölkə Türkiyədir. Qardaş ölkədə benzinin (Aİ-95) bir litri 2,64 dollara satılır”.

YAP Siyasi Şurasının üzvü bir daha qeyd edib ki, Azərbaycan A-3 standartlarına keçəndən sonra belə Avropada benzinin ən ucuz satıldığı ölkə kimi qalacaq.

Geri qayıt