Əsas Səhifə > Partiya, Güney Press > "Heç bir deputat maaşların qaldırılması ilə bağlı Milli Məclisdə məsələ qaldırmayıb"

"Heç bir deputat maaşların qaldırılması ilə bağlı Milli Məclisdə məsələ qaldırmayıb"


22-11-2021, 11:19
"Heç bir deputat maaşların qaldırılması ilə bağlı Milli Məclisdə məsələ qaldırmayıb"
"Milli Məclisin deputatları maaşlarından narazılıq etmirlər"

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Parlament üzvü bildirib ki, məsələ barədə kimin sualı varsa, Milli Məclisin sədri Sahibə Qafarovanın çıxışını izləyə bilər, orada kifayət qədər məlumat verilib: "Ümumiyyətlə, heç bir deputat maaşların qaldırılması ilə bağlı Milli Məclisdə məsələ qaldırmayıb, bu fikirdə də olmayıb. Narazı qalınacaq məsələ yoxdur. Ona görə də vətəndaşlar obyektiv olmayam məlumatlara görə narahat olmasınlar".



Geri qayıt