Əsas Səhifə > Partiya, Güney Press > "Yaranmış bu vəziyyətdən istifadə etmək lazımdır"
"Yaranmış bu vəziyyətdən istifadə etmək lazımdır"26-12-2020, 09:48 |
“Əgər xatırlayırsınızsa, Paşinyan kapitulyasiyaya qol çəkdiyi 10 noyabrda müxalifət İrəvanda mitinq təşkil etdi. Bütün qəzet və TV-lər “Paşinyanın axırı çatdı”, “onu erməni müxalifəti süpürüb atacaq” dedi” “Yeni Sabah” əbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, həmin mitiinqə baxandan sonra 15 min mitinqçinin Paşinyanı vəzifəsindən ata bilməyəcəyi qənaətinə gəlib: “Mitinq iştirakçılarının sayı azalmaqda davam edirdi. Mən yeni yazımda “xalq və Ermənistanın silahlı qüvvələri Azərbaycanla müharibə etmək istəmir. Bunu görməmək nadanlıq olar” deyə bildirdim. Ermənistanın müxalifəti Paşinyanın təslim müqaviləsinə əməl etməyəcəyinə ümid edirdi. Yəni əməl etməyəcək və Azərbaycan yenidən müharibəyə başlayacaq, RF-sı ilə Azərbaycan arasında münaqişə yaranacaq, ruslar Paşinyanı işdən getməyə məcbur edəcəklər və müxalifət hakimiyyəti öz arasında bölüşdürəcək. Əgər əməl edərsə xalq ayağa qalxıb onu sürüyüb atacaq. Paşinyan müqaviləyə əməl etdi. Xalq ayağa qalxmadı, əksinə mitinqlərə çıxanların sayı 5 minə qədər aşağı düşdü. Və bu rəqəm yaxın günlərdə 2-3 minə çatacaq. Bu bir daha ermənilərin müharibə etmək istəmədiklərinə sübutdur. Paşinyan Ermənistanda vaxtından öncə parlament seçkiləri keçirmək niyətindədir. Ermənistanı Azərbaycanla müharibəyə çağıran müxalifət nümayəndələri (sərkisiyanlar, koçaryanlar) bu seçkiləri uduzacaq, çünki xalq Azərbaycanla müharibə yox, normal əlaqə yaratmaq istəyir. Çünki xalq bu müharibə olarsa ərazisinin ən azı 30 faizinin itirməsindən və 500 min qaçqınlar ordusunun yaranmasından, minlərlə gənclərinin həlak olacaqlarından qorxurlar. Ola bilər Paşinyan baş nazir olmayacaq, ancaq onun partiyası udacaq, əməkdaşlarından kimsə baş nazir olacaq. Paşinyan o baş nazirin xaç atası olacaq. Yaranmış bu vəziyyətdən istifadə etmək lazımdır. Paşinyana Türkiyə və Azərbaycanla normal əlaqələr yaratmasında kömək etmək lazımdır”. Geri qayıt |