Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan xalqı 27 il əvvəl evlərindən didərgin düşdükdə, heç nəyə toxunmadan tarixi torpaqlarını tərk etdi"

"Azərbaycan xalqı 27 il əvvəl evlərindən didərgin düşdükdə, heç nəyə toxunmadan tarixi torpaqlarını tərk etdi"


19-11-2020, 08:33
"Azərbaycan xalqı 27 il əvvəl evlərindən didərgin düşdükdə, heç nəyə toxunmadan tarixi torpaqlarını tərk etdi"
"Müharibə sona çatdı, ancaq nəticələri on illər davam edəcək. Azərbaycan heç vaxt müharibə istəmədi. Dağlıq Qarabağ münaqişəsini bütün səviyyələrdə sülh yolu ilə həll etmək üçün hər vasitələni sınadı. ATƏT-in Minsk Qrupu, eləcə də BMT ədalətli bir həll gətirə bilərdi. Hamınız bilirsiniz ki, Azərbaycanın Dağlıq Qarabağdakı işğal olunmuş bölgələrindən 750.000 məcburi köçkün və Ermənistandan 250.000 qaçqın var. Hamısı 1 milyona yaxındır".

DİA.AZ xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev "Beynəlxalq qurumlar Ermənistanın sülhə əməl etməsi üçün hansı təzyiqləri göstərməlidir?" adlı beynəlxalq tədbirdə deyib.

R.Nurullayev bildirib ki, 27 il ərzində bu insanlar təlatümlərdən keçərək evlərinin və əcdadlarının qəbirlərindən kənarda ağır şəraitdə çox əziyyət çəkiblər:

"Müharibənin 44 günü ərzində xarici jurnalistlərin Azərbaycan Prezidentinə verdiyi suallara şok oldum. Demək olar ki, hamısı Şuşadakı erməni kilsəsinin təsadüfən baş vermiş yanğından xəsarət alması barədə sualları davam etdirdilər. Azərbaycan qanuni hərbi hədəfləri atəşə tutduğu üçün jurnalistlər Xankəndi və oradan köçənlər barədə suallar verirdilər. Halbuki 1 milyon məcburi köçkünümüz 27 il əziyyət çəkib”.

R.Nurullayev bildirib ki, bu sualları əcnəbi jurnalistlər heç Ermənistan Baş nazirinə də vermədilər:

"Əlbəttə, bəzi ingilis jurnalistləri istisna olmaqla, ona niyə çətin suallar vermədikləri bəlli idi. Bu, ikili standart və əlbəttə ki, ikiüzlülükdür. Bu gün birlikdə yaşamaq lazımdır və buna çalışmalıyıq. Ancaq necə? Azərbaycan xalqı 27 il əvvəl evlərindən didərgin düşdükdə, heç nəyə toxunmadan tarixi torpaqlarını tərk etdi. Şəhərlərimiz və ərazilərimizdə tam infrastruktur vardı. Bu gün ermənilər Azərbaycanın işğal altındakı ərazilərində yaşadıqları yerə 90-cı illərin əvvəllərində köçüb. Ermənilər bilməliydilər ki, bu, bir gün onların da başına gələcək və işğal olunmuş əraziləri tərk edəcəklər.

Ərazilərimizdə qanunsuz yerləşdilər və bugünkü humanitar fəlakət bu səbəbdən baş verdi. Bu gün Azərbaycan və erməni davranışlarını təhlil edək. Dediyim kimi, Azərbaycan vətəndaşları hər şeyi evlərində qoyublar və evlərini yandırmaq ağıllarına belə gəlməyib. Ermənilər isə əskini göstərir, evləri yandırır, ağacları kəsir, infrastrukturu məhv edir, heyvanları öldürür və Dağlıq Qarabağdan çıxarkən onları çürüməyə buraxırlar. Bu vəhşilikdir. Əgər belə bir vandalizm törədərlərsə, birlikdə necə yaşayacağıq?"

Geri qayıt